Təbriz “Ya Qarabağ, ya ölüm!” şüarı ilə ayağa qalxdı- VİDEO

Əsas Manşet QARABAĞ
Spread the love

Gözlənildiyi kimi bu anlarda Təbrizdə yüzlərlə insan küçəyə çıxaraq, “Qarabağa  və Azərbaycan Ordusuna dəstək” adı altında mitinq keçirirlər.

Dünyanınsəsi.info  bildirir ki, mitinq iştirakçıları “Ya Qarabağ, ya ölüm”, “Babəkin balasıyıq, biz ölməyə hazırıq!”, “Qarabağ bizimdir, bizim olacaq!” şüarları səsləndirir, Qarabağ döyüşlərində iştirak etməyə hazır olduqlarını bildirirlər.

Yayılan məlumata görə, hazırda Təbrizin bütün mərkəz və küçələri İran təhlükəsizlik qüvvələri və polisləri tərəfindən tutulub. Buna baxmayaraq, təbrizlilər dəstək mitinqi keçirməkdə davam edirlər.

Xatırladaq ki, artıq bir neçə gündür ki, Güney Azərbaycanın bir çox şəhərində Azərbaycan Ordusuna, dövlətinə dəstək aksiyaları keçirilir, plakatlar qaldırılır.

 

/Oxu.a

Dünyanınsəsi.info