TƏBİB Sumqayıtda koronavirusa yoluxmuş xəstənin şikayətinə baxmır

HADİSƏ Hit
Spread the love
Sumqayıt sakini 49 yaşlı Elman Əsgərov azı 15 gündür boğulduğunu deyir.
COVID-19 testi pozitiv çıxan vətəndaşı xəstəxanalara qəbul etmirlər. Vətəndaş dərmanlarını da alaraq yeni tikilən modul tipli xəstəxanaya gəlir. Burda isə deyilir ki, o, Təcili Tibbi Yardıma zəng etməlidir. Təcili Tibbi Yardım isə vətəndaşı ancaq ağır vəziyyətdə xəstəxanaya apara biləcəyini deyir. Elman Əsgərov isə əlində öz aldığı dərmanlarla həkim axtara-axtara qalıb.