Şuşanın azadlığının və qələbəmizin 4 ayı…

Manşet QARABAĞ
Spread the love

Martın 8-də Şuşanın azad edilməsinin, martın 10-da isə təcavüzkar Ermənistanı təslim olmağa vadar edən kapitulyasiya sənədinin 4 ayı tamam oldu. Keçən 4 ayı iki istiqamətdə ekspertlərlə dəyərləndirdik.

Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının üzvü, Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin sədri, hərbi ekspert Emin Həsənli: “Şuşa Qarabağda ən strateji yerdir. Bu şəhər bütün mənalarda əhəmiyyətlidir. Eyni zamanda Şuşa Azərbaycanın mədəniyyət beşiyidir. Azərbaycanın bütün kəndlərindən Qarabağda şəhidimiz var. Allah onların hər birinə rəhmət eləsin. Hər kəndin orada qazisi var. Onun üçün Qarabağ hər birimiz üçün əzizdir. Şuşanın azad edilməsini çoxları utopiya hesab edirdi. Bizdə də zaman uzandıqca bəziləri bunu mümkünsüz hesab edirdi. ATƏT-in Minsk Qrupu ölkələri reallıqlarla barışmağa yönəlik çağırışlar edirdilər. Amma qətiyyətimiz sahəsində istəyimizi həyata keçirdik. Şuşanın azad edilməsinin əhəmiyyəti həddindən artıq böyükdür. Məhz zəfər bayramımızı bu şəhərin azad edildiyi günə – 8 noyabra salmağımız da təsadüfi deyil. Ali Baş Komandan, Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi altında Şuşamızı azad edib, möhtəşəm tariximizi yazdıq. Bu qələbəmizdən sonra bayramlarımızı alnıaçıq qeyd edə bilirik. Son olaraq, 8 martda xanımlarımızı bu cür təbrik etdik. Ermənistan tərəfi yaxşı bilir ki, Azərbaycan gələcəkdə bundan da daha böyük uğurlara imza atacaq.

Emin Həsənli: “Növbəti “Dəmir yumruq” bütövlükdə Ermənistanın məhvi olacaq”

Digər tərəfdən, onu da anladılar ki, nicat yolları Rusiya, Fransa, Amerikada deyil, Türkiyə və Azərbaycanla normal münasibətlərdədir. Ermənistanda ”Dəmir yumruq”un nə qədər möhkəm olduğunu yaxşı bilirlər. Həm də Paşinyanın hakimiyyətdə qalmasını istəyənlərin sayının çox olması bununla bağlıdır. Ermənistan bu müharibədən sonra beynəlxalq hüququ pozmağa yenə davam edir. Məsələn, minaların xəritəsini vermədi. Bu da vəhşi bir qəbilə ilə qonşu olduğumuzun bir daha bariz sübutu oldu. Bəzən deyirlər ki, Ermənistanda bu xəritə yoxdur, əgər yoxdursa, bəs özləri niyə düşmürlər? Mina basdırma işi ilə peşəkarlar məşğul olur və onlarda da xəritələr olur. Xəritənin də bir neçə surəti olur. Nə etsələr də, çirkin niyyətlərinin qarşısı alınacaq. Azərbaycan dövləti bütövlükdə Qarabağa nəzarət edir və edəcəkdir. Xankəndi və digər yerlərdə də bayrağımız qaldırılacaq. Azərbaycan regionun böyük dövlətidir. Bizim qoyduğumuz tələblər insanlıq tələbidir. Ermənilər buna əməl etməlidirlər. Əks halda, onları daha böyük faciələr gözləyir. Növbəti “Dəmir yumruq” bütövlükdə Ermənistanın məhvi olacaq”.

Elxan Şahinoğlu: "Paşinyan ordu daxilindəki vəziyyətdən narahatdır" » Azərbaycanın xəbər portalı - NEWS24.AZ

Elxan Şahinoğlu: “Ermənilərin bir hissəsi qəbul edə bilmir ki…”

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu Ermənistandakı xaosun hələ bir müddət davam edəcəyini söylədi: “Müharibənin bitməsindən 4 ay keçib. Ermənistanda xaosdur. Qonşu ölkədə qarşıdurma davam edir. Ermənistanda müharibənin ağır nəticələri müzakirə edilir, siyasi qüvvələr və hərbçilər bir-birilərini günahlandırırlar. Bu proses hələ uzun müddət davam edəcək. Ermənilərə ən çox təsir edən 28 il işğalda saxladıqları Şuşanı itirmələridir. Ermənilərin bir hissəsi qəbul edə bilmir ki, Şuşanı nəzarət altında saxlaya bilmədilər. İlk günlərdə erməni hərbçilər etiraf edirdilər ki, Azərbaycan Ordusu güclü idi və bunun hesabına Şuşanı nəzarət altına aldı. İndi isə yalandan deyirlər ki, guya Şuşanı qoruya bilərdilər, ancaq hakimiyyət ordunu geri çəkdi. Halbuki baş nazir Nikol Paşinyan 10 noyabrda bəyanata imza atmasaydı, Azərbaycan ordusu Şuşadan sonra Xankəndinə da daxil olacaqdı. Nikol Paşinyan 10 noyabrdan sonra Moskvanın tələbi ilə 11 yanvar bəyanatına da imza atdı. Ancaq Paşinyan 11 yanvar bəyanatını yerinə yetirmir. Rusiya, Azərbaycan və Ermənistan liderlərinin Moskvada 11 yanvarda qəbul etdikləri bəyanat 4 maddədən ibarət idi. 4 maddəlik bəyanatın ümumi mənası bu idi ki, 3 dövlət arasında işçi heyət və ekspertlərdən ibarət altqruplar yaradılmalıdır. İşçi heyətdə əməkdaşlığın aktual mövzuları müzakirə edilməli və sonda yekun sənəd hazırlanaraq imzalanmaq üçün liderlərə verilməliydi. İşçi heyətə və ekspertlərə martın 1-nə qədər sənədi hazırlamaq tapşırılmışdı. Bu sıraya kommunikasiya xətlərinin açılması və beynəlxalq daşımaçılığın təmin olunması daxil idi. Ermənistan bəyanatın əsas bəndini yerinə yetirməyib. Doğrudur, baş nazirlərin müavinləri bir neçə dəfə Moskvada görüşüblər, ancaq bəyanatda deyildiyi kimi, ekspertlərdən ibarət altqrupların fəaliyyətə başlaması barədə məlumat yoxdur. Digər tərəfdən, martın 1-i geridə qalıb, ancaq liderlərə təkliflər paketi təqdim edilməyib. Ermənistanın baş naziri Nikol Paşinyan onu əsas gətirə bilər ki, ölkəsində vəziyyət gərgindir və hazırda onun və komandasının Azərbaycanla əməkdaşlığa dair təkliflər paketi hazırlayacaq halı yoxdur. Ancaq Ermənistanda xaos uzun müddət davam edə bilər. Bu o deməkdirmi ki, Paşinyan bunu bəhanə edərək kommunikasiya xətlərinin açılması məsələsini yubada bilər? Elə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi verdiyi açıqlamalarda daima Naxçıvanla Azərbaycanın materik hissəsi arasında koridorun mümkün olmadığını səsləndirir. Belə çıxır ki, Paşinyanın Moskvada qəbul etdiyini onun naziri təkzib edir və ya Paşinyan özü XİN vasitəsilə imza atdığı bəyanatdan yayınmağa çalışır. Görünür, Paşinyan müxalifətə ona təzyiqi artırmaq üçün əlavə alət vermək istəmir. Azərbaycan Prezidenti İlham Əliyev son geniş mətbuat konfransında dedi ki, Ermənistan kommunikasiya xətlərinin açılmasına mane olmağa çalışır. Aydındır ki, Nikol Paşinyan indiki vəziyyətdə kommunikasiya xətlərinin açılmasına hazır deyil. Ancaq Azərbaycan onun buna nə zaman hazır olacağını gözləyə bilməz. 11 yanvar bəyanatın müəllifi Rusiya prezidentidir. Deməli, Moskvadan İrəvanın məsələni gecikdirməsi ilə bağlı izahat istənilməlidir”.

 

Dünyanınsəsi.Az