
“ŞUŞANIN 5 KİLOMETRLİYİNƏ ÇATIBLAR…” – Qondarma rejimin başçısı
Spread the love
Qarabağ separatçılarının lideri Araik Arutyunyan Azərbaycan Ordusunun Şuşaya hücum etdiyini bildirib.
Virtualaz.org erməni KİV-inə istinadən bildirir ki, A. Arutyunyan deyib: “Onlar təkcə cəbhə boyu hədələmirlər, həm də Şuşa istiqamətində ciddi hərbi səylər göstərir, nəyin bahasına olursa – olsun bu şəhərə yiyələnmək istəyirlər”.
Qarabağ separatçılarının lideri bütün erməniləri birləşməyə və Şuşanı müdafiə etməyə çağırıb.
“Azərbaycan Ordusu buradan cəmi bir neçə kilometr məsafədədir. Maksimum beş”, – deyə Araik Arutyunyan Şuşadan etdiyi müraciətində bildirib.
Yalvarış tonunda, əziklik və məğlubluq yağan bu çağırışa cavab verəcək nə ordu qalıb, nə də xalq.