Şuşanı işğal edən və burada ilk otel tikdirən ermənilər eyni gündə -31 Martda gəbərdi…-FOTO

Hit QARABAĞ
Spread the love
“İki “məşhur” erməninin eyni gündə – məhz 31 Mart – Azərbaycanlıların Soyqırımı Günündə gəbərməsi ermənilər üçün Allahın növbəti ibrət dərsi olmalıdır…”
“Eyni gündə – martın 31-də həyatları Şuşa ilə ayrılmaz şəkildə bağlı olan iki nəfər öldü: 1992-ci ildə şəhəri azad edən komandos Arkadi Ter-Tadevosyan və Artsaxın Yaxın Şərqdəki nümayəndəsi Karapet Kebabcyan”.
Dünyanınsəsi.Az Moderator.az-a istinadən  xəbər verir ki, bu məlumatı erməni mediası yayıb.
“Meşə tülküsü” ləqəbli general A.Ter-Tadevosyanın Şuşanın işğalının əsas hərbi təşkilatçılarından olduğu məlumdur.
 Erməni mənbələrinin yazdığına görə, Azərbaycan torpaqlarında qondarılmış separatçı-terrorçu rejimin Yaxın Şərqdəki nümayəndəsi olan Karapet Kebabcyan Beyrutdakı bütün əmlakını sataraq Livandan Qarabağa  ilk gələnlərdən olub. O, bütün vəsaitini A qondarma separatçı-terrorçu xuntanın nəzarət etdiyi ərazilərdə infrastrukturun inkişafına yatırıb.
İşğaldan sonra Şuşadakı  ilk erməni oteli -“Grand Hotel Shushi” Kebabcyanın pulu ilə inşa edilib. K.Kebabcyan eyni zamanda “Ermənistan qara kəmərləri” şərq döyüş növləri assosiasiyasının yaradıcısı və prezidenti olub.
P.S. İki “məşhur” erməninin eyni gündə – məhz 31 Mart – Azərbaycanlıların Soyqırımı Günündə gəbərməsi ermənilər üçün Allahın növbəti ibrət dərsi olmalıdır…
Sultan Laçın