Şuşada Milli Məclisin komitələrinin birgə iclası keçirilir

Hit QARABAĞ
Spread the love

Milli Məclisin Gənclər və idman və Ailə, qadın və uşaq məsələləri komitələrinin Şuşada birgə iclası keçirilir.

“Report”un xəbərinə görə, Milli Məclisin deputatlarının iştirakı ilə keçirilən toplantının gündəliyinə iki məsələ daxil edilib.

Bunlar aşağıdakılardır:

1. Azərbaycan Respublikasında 2022-ci ilin “Şuşa ili” elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 5 yanvar tarixli Sərəncamına uyğun olaraq, gənclərin və ölkəmizi yarışlarda təmsil edən idmançıların maarifləndirilməsi.

2. Qarabağ tarixində ailə dəyərləri və qadın hüquqları.