Şuşa Bəyannaməsini unudanlara hədə kimi xəbərdarlıq – Naxçıvandan İrana “iki qardaş” cavabı

Əsas Manşet QARABAĞ
Spread the love

Bu gün başlayan Azərbaycan-Türkiyə təlimləri bölgədəki bütün şər qüvvələrə və “qaynar başlar”a daha bir mesajdır…

Bu gün – oktyabrın 5-dən Azərbaycan və Türkiyənin növbəti birgə hərbi təlimləri başlayır. Kod adı “Sarsılmaz qardaşlıq – 2021″ olan ortaq hərbi manevrlər Naxçıvanda keçiriləcək və 3 gün çəkəcək.

İki qardaş dövlətin budəfəki təlimləri cənub qonşumuz İranın sərhədimizdə bizə qarşı yersiz “əzələ nümayişi” fonunda xüsusil’ diqqət çəkir. Hansı “əzələ nümayişi”ni ki, Azərbaycan torpaqları, İranla ‘msərhəd bölgələrimiz işğal altında olduğu illərdə bircə dəfə də görmədik. Yəni rəsmi Tehran müsəlman torpaqlarını zəbt və viran qoymuş təcavüzkar Ermənistana bircə dəfə belə, göz ağartmadı.

Səbəblər barədə çox yazılıb. Əsas faktor, əlbəttə, o odur ki, İran heç vaxt Azərbaycanın tezliklə öz ərazilərini azad edib güclü, modern dövlətə çevrilməsini istəməyib, indi də istəmir. Çünki bunu özünün dövlət maraqları üçün təhlükə, təhdid sayır. Niyə sayır, o da qaranlıq deyil.

Naxçıvanda “Sarsılmaz qardaşlıq-2021” birgə döyüş atışlı taktiki təliminə  start verilib (FOTO/VİDEO)

Ona görə də İran daim Ermənistanı Azərbaycana qarşı ayaqda saxlamağa çalışıb. Vətən müharibəsindən sonra da bu siyasət aşağı-yuxarı elə bir ciddi dəyişikliyə məruz qalmayıb. Sadəcə, ona bəzi korrektələr edilib. Üçüncü həftədir cənub sərhədimizdə davam edən təlimlər həmin korrektələrdən biridir.

Ancaq bunlar hamısı əbəs cəhdlərdir. Pislik həmişəki kimi yenə İranın özünə qalacaq. Azərbaycan cəmiyyətində onun onsuz da neqativ imici növbəti zərbə yeyəcək…

*****

“İran bizim tərəfdaşımızdır. Əminəm ki, iranlı tərəfdaşlarımız da bilirlər ki, Ermənistan heç vaxt İrana qarşı layihələrdə iştirak etməyib və etməyəcək, çünki bu münasibətlər Ermənistan üçün son dərəcə vacibdir. 90-cı illərin əvvəllərində İranın bizim həyatımızda əziz bir dövlətə çevrildiyini biz heç vaxt unutmayacağıq. Münasibətlərimizin təməli o qədər möhkəmdir ki, Ermənistan, sadəcə olaraq, anti-İran layihəsində iştirak edə bilməz”.

Bu sözləri Ermənistanın baş naziri Nikol Paşinyan srağagün Litvaya səfəri çərçivəsində oradakı erməni icmasının nümayəndələri ilə görüşdə söyləyib. Bu açıqlamanın “tərcüməsi” həm də odur ki, vaxtilə İran Ermənistan üçün “nəfəslik”, xilaskar rolunda olmasaydı, Azərbaycan torpaqlarını işğalı bunca uzanmazdı. Paşinyan indi İran “İslam Respublikası”na da minnətdar olmasın, kimə minnətdar olsun ki? İşğalçı siyasətinə görə hələ də Ermənistanı dövlət kimi tanımayan Pakistan İslam Respublikasınamı?..

*****

Şuşa Bəyannaməsinin tarixi əhəmiyyəti - TƏHLİL

Ermənistan və İranla sərhəddə növbəti Azərbaycan-Türkiyə birgə təlimlərinə gəlincə, irili-xırdalı bədxahlarımız unutmasınlar ki, bu hərbi manevrlər ilk növbədə 80-ci illərdən qalma dəmir yığıntıları ilə bizə “əzələ” göstərən İrana layiqli cavabdır. Ümumən qeyri-dost paytaxtların hamısına ortaq mesajdır ki, Şuşa Bəyannaməsini unutmasınlar. Hansı sənəddə ki, açıq mətnlə vurğulanıb: Azərbaycana hücum Türkiyəyə, Türkiyəyə hücum isə Azərbaycan hücum sayılacaq.

Qoy kimsə də xam xəyallara düşüb, Azərbaycana “xox” gələcəyini zənn eləməsin. Hər şey qırağa, bu gün İran adlı dövlətin varlığı Azərbaycandan daha çox asılıdır, nəinki əksinə. Təkcə Günay amilini yada salmaq yetər. Bu mənada məsləhətdir ki, “şüşəli otaq”da oturanlar cəsarətə gəlib Azərbaycana daş atmazdan, hədə gəlməzdən öncə iki dəfə düşünsünlər. Bayırda XXİ əsrdir.

Söz yox ki, Azərbaycan və Türkiyə sülhpərvər ölkələr olaraq, bütün qonşularla hətta Ermənistanla da normal münasibətlər qurmaqda maraqlıdır. “Üçlük”, “Beşlik”, “Altılıq” əməkdaşlıq formatlarını təklif edən də nə Tehrandır, nə də İrəvan və ya Moskva. Təşəbbüs Azərbaycan və Türkiyə liderlərinə məxsusdur. Bunun üçün tələb edilən tək şey – region ölkələrinin bir-birinin ərazi bütövlüyü və suverenliyinə qarşılıqlı hörmət eləməsidir.

Rəsmi Tehran da sözdə bunu deyir, amma əməldə Ermənistanı sülhə deyil, revanşizmə şirnikləndirir, Azərbaycanla sülh müqaviləsi imzalamaq üçün İrəvana heç bir təzyiq göstərmir. Əksinə. Halbuki bölgədə dinc-yanaşı mövcudluq, qarşılıqlı əməkdaşlıq və inteqrasiya əslində ən çox sanksiyalardan əziyyət İrana və blokadada inləyən Ermənistana lazımdır. Di gəl, Ermənistan öz xəbis xislətinə sadiq qalaraq, Bakı ilə Tehran arasında gərginlik, konflikt yaranması üçün əlindən gələni edir. 

Rəsmi Tehran sərhəddə baş verənlərə münasibət bildirib

İnteqrasiyaya, əməkdaşlığa deyil, düşmənçiliyə və dezinteqarsiyaya hesablanmış bu siyasət də iflasa məhkumdur. Çünki Xeyir gec də olsa Şərə, Şeytana qalib gəlir. Bəzən böyük itkilər hesabına da olsa…

*****

“İrəvanın Tehrandan istifadə etmək cəhdləri, iranlıların ermənilərin əvəzinə əllərini ocağa soxub ”şabalıdları” çıxaracaqları, az qala, Azərbaycana qarşı açıq hərbi əməliyyatlara başlayacağı, sadəcə, xülyadır”.

“Yeni Müsavat”ın məlumatına görə, bu fikirləri rusiyalı hərbi ekspert İqor Korotçenko özünün Fcebook səhifəsində yazıb.

“Tehranda ağılsız adamlar oturmayıb. Orada heç kim erməni maraqlarına xidmət etməyəcək, xüsusilə də bu istək və arzular riskli olacağı təqdirdə. Mən İranda olmuşam və İranın aparıcı ”beyin mərkəzləri”nin, o cümlədən Müdafiə Nazirliyi və İslam İnqilabı Keşikçiləri Korpusu üçün işləyən “beyin mərkəzləri”nin iş prinsipləri ilə yaxından tanışam. Odur ki, nə dediyimi bilirəm”, – ekspert qeyd edib.

Bununla belə, belə görünür ki, İran və Ermənistan bölgədə daimi və ədalətli sülhü əngəlləmək üçün son ana qədər əllərindən gələni edəcəklər. Paşinyanın Litvada erməni icması ilə görüşdə bir yandan Azərbaycan Prezidenti İlham Əliyevlə görüşə hazır olduğunu, o biri yandan isə “artsax ermənilərinin təhlükəsiz mövcudluğu, o cümlədən onların öz müqəddəratını təyin etmişi bizim üçün prioritetdir” söyləməsi bir daha İrəvanın bəd niyyətini ortaya qoyur.

Təbii ki, İrəvanın və onun havadarlarının bu və digər iddialarının, vurnuxmalar və məkrli planların hamısının dərhal və adekvat cavabları olacaq. İlham Əliyevin srağagün Suqovuşanda (Tərtər) bir daha vurğuladığı kimi, “Dəmir yumruq” heç yerə getməyib, öz yerindədir!..

Siyasət şöbəsi,

Dünyanınsəsi.Az