Şuşa əməliyyatı ilə bağlı yeni detallar: Prezident nəyi qadağan etmişdi?

Əsas Manşet QARABAĞ
Spread the love

Şuşa əməliyyatının hazırlanmasında bir neçə amili xüsusi qeyd etmək istəyirəm. Biz bu planı hazırladıqdan sonra cənab Prezidentə təqdim etdik, o da müəyyən düzəlişlər etdi. Biz hələ ki, Şuşa əməliyyatını tam şəkildə ictimaiyyətə çatdıra bilmirik. Burada məxfiçilik amili var”.

Bunu AzTV-yə açıqlamasında müdafiə naziri, general-polkovnik Zakir Həsənov deyib.

Z.Həsənov qeyd edib ki, düşmən bizi fərqli istiqamətdən gözləyirdi:

“Onlar bizim hücum edəcəyimizi gözlədikləri Ağdam istiqamətində böyük qrup saxlayırdılar. Daha sonra həmin qrup mühasirəyə düşdü. Döyüşlər dayanmasaydı, Ermənistan ordusu orada böyük itkilər verəcəkdi. İkinci növbədə, ermənilər bizi Qırmızı bazar tərəfdə gözləyirdilər. Orada da güclü müdafiə qurmuşdular. Buna baxmayaraq, bizim qəhrəman mühəndis qoşunları bir gecədə meşənin üzərindən yol açdı. Hazırda maşınla getdiyiniz Zəfər yolunu onlar bir gecədə açdılar. Həmin yol təbii ki, torpaq yol idi. Yağış da yağırdı, yollar palçıq idi.

Qəhrəman topçularımız çox çətinliklə topları həmin yolla Şuşa istiqamətində daşıdılar. Yəni əməliyyatın hazırlıq mərhələsində bizim topçular, raketçilər düşmənin həm Laçın istiqamətindən, həm də Xankəndi istiqamətindən hərəkətinin qarşısını aldılar. Laçın koridoru boyunca düşmənin məhv edilmiş hərbçiləri yerə səpələnmişdilər.

Praktiki olaraq, topçularımız və raketçilərimiz həm Laçın istiqamətindən, həm də Xankəndi istiqamətindən düşmənə Şuşanın müdafiəsində iştirak etməyə imkan vermədilər. Bu əməliyyatın növbəti mərhələsində Xüsusi Təyinatlı Dəstələr Şuşaya daxil oldular və şəhəri işğalçılardan azad etdilər. Xüsusilə qeyd etmək istəyirəm ki, cənab Prezident Şuşa Əməliyyatında artilleriyanın tətbiqini qəti qadağan etdi. O birmənalı şəkildə dedi ki, Şuşa bizim tarixi şəhərimizdir. Şuşa döyüşlərində biz nə artilleriyadan, nə də təyyarələrdən istifadə etmədik. Şəhərə ağır zərbələr vurmadıq. Nəticədə bizim qəhərman xüsusi təyinatlılar Şuşanı azad etdilər”.

‍https://youtu.be/w4hAN2TuRGg