Suriyada SAVAŞ QIZIŞDI: Türkiyə ordusu 33 şəhid verdi, 1709 ƏSƏD HƏRBÇİSİ ÖLDÜRÜLDÜ –ƏRDOĞAN TƏCİLİ TOPLANTI ÇAĞIRDI

DÜNYA Əsas Manşet
Spread the love
Suriyanın İdlib şəhərində Əsəd rejimi qüvvələri Türkiyə Silahlı Qüvvələrinin əsgərlərinə hücum edib.
DunyaninSesi.Az Türkiyə mediasına istinadən xəbər verir ki, hücum nəticəsində Türkiyənin 33 əsgəri şəhid olub. Xeyli sayda ağır yaralılar var. Yaralılar Cilvegözü sərhəd qapısından Türkiyəyə gətirilib və xəstəxanalara yerləşdiriliblər.  Hatay valisi Rahmi Doğan indiyədək 33 türk əsgərinin şəhid olduğunu açıqlayıb.
“Şəhidlərimizə Allahdan rəhmət, yaralılara şəfa diləyirəm. Millətimizin başı sağ olsun. İctimaiyyəti məlumatlandırmağa davam edəcəyik.
Xəstəxanalarda bütün tədbirlər görülüb, tibbi heyətin hamısı iş başındadır. İnsanların xəstəxanaların ətrafına toplaşmamasını xahiş edirəm”.
Yaralanan 36 hərbçinin müalicəsi davam edir.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İdlibdə baş verənlərdən sonra Ankarada Prezident İqamətgahında təcili toplantı keçirib. Toplantıda Milli Müdafiə naziri Hulusi Akar, Xarici İşlər naziri Mövlud Çavuşoğlu və Milli Təhlükəsizlik Təşkilatının rəhbəri Hakan Fidan iştirak ediblər. Təhlükəsizlik zirvəsi 2 saat davam edib.

DunyaninSesi.Az