Suriyada ABŞ və Rusiya hərbi avtomobilləri tarana getdi – Video

DÜNYA Manşet
Spread the love
Suriyada ABŞ və Rusiya hərbi maşınları arasında yol qəzası olub.
DunyaninSesi.Az  xəbər verir ki, hadisənin videosu “YouTube”da yayılıb. Çəkilişi arxadan gələn rus ZTR və “Tiqr” maşınları aparıb. Videodan görünür ki, “Tiqr” amerikan zirehli maşının ötmək istəyir. ABŞ hərbi avtomobili isə əvvəlcə onun qarşısını kəsir, sonra yolun kənarına doğru sıxır. Toqquşma nəticəsində hər iki maşın dayanır. Hadisə Qamışlıda baş verib.
ABŞ ordusu Mərkəzi Komandanlığı (CENTCOM) hadisəni şərh etməyib.