STOLTENBERQİN PUTİNƏ XƏBƏRDARLIQ ETDİYİ AÇIQLANDI – “Rusiyaya açıq mesajımız budur…”

DÜNYA Hit
Spread the love

“NATO Rusiya Prezidenti Vladimir Putinə nüvə müharibəsinə başlamamaqla bağlı xəbərdarlıq edib”.

“Report” xəbər verir ki, bunu “Bild” nəşrinə müsahibəsində Alyansın baş katibi Yens Stoltenberq deyib.

“Rusiyanın nüvə qüvvələrinin daha yüksək hazırlıq səviyyəsini görmürük. Bununla belə, Rusiya tərəfindən nüvə silahlı ilə cingildəmə təhlükəli və məsuliyyətsizdir. Putin bilməlidir ki, nüvə müharibəsi qalib gələ bilməz və heç vaxt aparıla bilməz. Rusiyaya açıq mesajımız budur: – NATO bütün üzv dövlətləri müdafiə edir”, – NATO baş katibi deyib.

Stoltenberq həmçinin etiraf edib ki, Ukraynada müharibə illərlə uzana bilər, buna görə də ona dəstək dayandırıla bilməz.

“Biz hazır olmalıyıq ki, bu, illər çəkə bilər. Xərclərin yüksək olmasına baxmayaraq, biz Ukraynaya dəstəyimizdən vaz keçməməliyik – təkcə hərbi yardım üçün deyil, həm də enerji və ərzaq qiymətlərinin artması səbəbindən”, – Baş katib bildirib.

Y.Stoltenberqin fikrincə, müasir silahların Kiyevə tədarükü Ukraynanın Donbasa nəzarəti bərpa etmək şansını artıra bilər.

Bu arada Ukrayna Rusiya Federasiyasının taktiki nüvə silahından istifadə etməsinə hazır olduğunu bəyan edib. 

Bunu Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Aleksey Danilov bildirib.

O, vurğulayıb ki, Ukrayna istənilən ssenariyə hazırdır.

Qeyd edək ki, Rusiya tərəfi dəfələrlə Ukrayna və dünya ölkələrini nüvə silahı ilə hədələyib.