Son dəqiqə : Ərdoğanla Putin arasında 2 saat 40 dəqiqəlik təkbətək görüş başa çatdı : Heyətlər arası görüş başladı (Yenilənir)

Əsas Manşet HADİSƏ
Spread the love
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla Rusiya prezidenti Vladimir Putin arasında Kremldə baş tutan 2 saat 40 dəqiqəlik təkbətək görüş başa çatıb. 
DunyaninSesi.Az xəbər verir ki, hazırda heyətlər arası görüş başlanıb.
***
Kremldə Türkiyə prezidenti Ərdoğan və Rusiya prezidenti Putin arasında Moskvada keçirilən kritik İdlib görüşü başlayıb.
Avropa.info xəbər verir ki, təkbətək görüşdən öncə prezidentlər mətbuat üçün açıqlama veriblər.

İlk olaraq açıqlama verən Putin İdlibdə şəhid olan Türkiyə ordusunun əsgərləri üçün prezident Ərdoğana baş sağlığı verib.

“Son günlər İdlibdə hadisələr yaşandı. Suriyada həyatını itirən əsgərlərinizə başsağlığı vermək istərdim. Telefon danışığımızda qeyd etdiyim kimi, türk əsgərlərinin orada olduğunu heç kim bilmirdi.
Suriya ordusu da  (Əsəd rejimini nəzərdə tutur) böyük itkilər verdi. Bu hadisələrin təkrarlanmaması və hər ikimizin də önəm verdiyimiz münasibətlərimizə zərər gəlməməsi üçün görüşməliydik.”
Daha sonra açıqlama verən Ərdoğan bunları deyib: 
“Əvvəla görüşümüz üçün təşəkkür edirəm. Məlum görüşü Türkiyədə keçirəcəkdik. Sizin konstitusiyanızla bağlı gedən proseslərə görə, görüşü burada keçiririk. Təbii ki, İdlib danışıqları ilə bağlı bir araya gəlməmiz böyük əhəmiyyət daşıyır. Regionda böyük problem var. Bu gün burada atdığımız addım regionu da, ölkəmizi də rahatladacaq. Türkiyə-Rusiya münasibətlərinin yüksəldiyi dövrdə yaşayırıq. İstər müdafiə sənayesində, istər ticarət münasibətlərimizdə çox fərqli dövrdəyik. Münasibətləri inkişaf etdirmək ən böyük məqsədimizdir. Bunu bacaracağımıza inanıram.”