SON DƏQİQƏ: Ərdoğan Azərbaycanla bağlı MÜJDƏ VERƏCƏK

Əsas Manşet HADİSƏ
Spread the love
  • Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Şimali Kipr Türk Respublikasının paytaxtı Lefkoşada 20 İyul Sülh və Azadlıq Əməliyyatının 47-ci ildönümü mərasimində 2 müjdə ilə çıxış edəcəyini açıqlayıb.

    Publika.az xəbər verir ki, Yunanıstan, Avropa İttifaqı və BMT-nin səbirsizliklə gözlədiyi müjdə ilə əlaqəli 5 ssenari müzakirə olunur.

    Türkiyə mediası Rəcəb Tayyib Ərdoğanın elan edəcəyi müjdənin birinci ssenarisinin Azərbaycanla bağlı olduğunu yazır. Ərdoğanın “Hazırlıqlarımız uzun müddətdir davam edir” dediyi ən vacib müjdənin Azərbaycanın Şimali Kipr Türk Respublikası ilə diplomatik əlaqələr qurma qərarı ola biləcəyi bildirilir.

    Azərbaycan Parlamentinin dostluq qrupundan 5 deputatın Lefkoşada 3 gün ərzində bir sıra rəsmi görüşlərdə iştirak etməsi bu ehtimalı daha da gücləndirib.

    Şimali Kipr Türk Respublikasının Prezidenti Ersin Tatar Azərbaycan nümayəndə heyətinin qəbulundakı nitqində “Biz bir millət, üç dövlətik” ifadələrinə yer verib. Belə bir addım Türkiyə tərəfinin BMT-yə təqdim etdiyi “Kiprdə iki dövlətli həll” formulunu da faktiki olaraq dəstəkləyəcək.

    Akqabay