Skandal : İran xarici işlər naziri Cavad Zərifin ABŞ-la gizli görüşü üzə çıxdı – “İranlılar hansı qapıya gələcəklərini bilirlər”

Əsas Manşet QALMAQAL
Spread the love
Ötən həftə Almaniyanın Münhen şəhərində keçirilən Təhlükəsizlik Konfransında İranın xarici işlər naziri Cavad Zərif və ABŞ DemokratPartiyasının senatoru KrisMörfi arasında gizli görüş keçirilib.
DunyaninSesi.Az xəbər verir ki, bu haqda ABŞ-ın “The Federalist” qəzeti məlumat yayıb.
Qəzet, ABŞ prezidenti Trampın Rusiya ilə gizli danışıqlarda ittiham edildiyini xatırladaraq, Kris Mörfi İran xarici işlər naziri ilə gizli görüşünün skandal olduğunu yazıb.
Senator Kris Mörfi ofisi mövzu ilə əlaqədar  açıqlama verməkdən imtina edib.
Tramp və Corc Buşun xarici işlər üzrə keçmiş baş müşaviri Kristian Viton, demokrat senatorun İran xarici işlər naziri ilə gizli görüşünü tənqid edib.
“Xaricdə hər hansı bir siyasi görüş prezident və ya xarici işlər naziri tərəfindən icazə verilməyincə etik deyildir. Bu heç xoş deyil. İranlılarla danışmaq istəsək, onlar hansı qapıya gedəcəklərini bilirlər və vasitəçiyə ehtiyac duymazlar ” – Kristian Viton belə deyib.
Xatırladaq ki, 2017-ci ilin fevral ayında Kris Mörfi, Rusiya ilə əlaqədə ittiham etdiyi  ABŞ Milli Təhlükəsizlik müşaviri Maykl Flinn haqqında istintaq tələb etmişdi.
Bundan başqa Kris Mörfi ,Obama administrasiyasının imzaladığı nüvə anlaşması zamanı bəzi respublikaçı senatorların İran liderlərinə açıq mesajını da tənqid edirdi.