“Sisinin eks-prezident Mursiyə xəyanət edərək onu hərbi çevrilişlə devirdiyini dünya bilir…”

DÜNYA Əsas Manşet
Spread the love
“2013 – cü ildə hərbi çevrilişlə iqtidara gələn Əbdül Fəttah əs Sisinin dünən Misir Hava Kuvvetleri birliklərini ziyarəti sırasında yapmış olduğu kışkırtıcı açıqlamaları şiddətlə pisliyoruz. Bu açıqlamalar Liviyanın daxili işlərinə qarışmaq və savaş elanı anlamına gəlməkdədir.”
Bu fikirlər Türkiyənin Azərbaycandakı keçmiş səfiri, nüfuzlu diplomat Hulusi Kılıçın Moderator.az-a açıqlamasındandır:
“Liviyada BMT tərəfindən tanınan, Türkiyə və  İtalya kimi bir çox dövlətin əməkdaşlıq etdiyi qanuni bir hökumət varkən, Sisinin bu təxribatçı açıqlamalarıyla, ölkəni bölməyə çalışan muzdlu əsgərlərin başındakı Çevrilişçi Xəlifə Haftarın olduğunu, Liviyanın bölünməsini və terroru dəstəklədiyini və beynəlxalq ictimaiyyəti heçə saydığını açıq şəkildə göstərməkdədir.
Bilirik ki, xalq səsverməsi ilə seçilən Prezident Məhəmməd Mursinin Müdafiə naziri olduğun zaman Prezidentə xəyanət edərək 2013-cü ildə hərbi çevrilişlə hakimiyyətə gəldiyini bilirik.
Türkiyənin Liviyanın qanuni hökuməti ilə işbirliyinin nəticəsi olaraq Aralıq dənizində əldə etdiyi qanuni haqqlar və güclü mövqe başda Misir olmaqla bəzi bögə ölkələrini narahat etmişdir.
Liviyada qanuni hökumətin dəvəti ilə Liviyaya gedən türk hərbi qüvvələri ölkənin sülhü və əmin-amanlığını dəstəkləyir. Türkiyə Liviyanın Qəddafi dövründəki ərazi bütövlüyünün təmin edilməsinin tərəfdarıdır. Bəzi xarici güclərin maliyyə dəstəyi ilə yaradılan çevirilişçi Haftarin, ölkəni bölmək üçün etdiyi terror fəaliyyətlərini pisləyir və qardaş qanın tökülməsinin sonlanmağını istəyirik.
Türkiyə hər zaman barışın, qanuniliyin və haqqın tərafdarı olmuşdur. Ancaq Sisi bilməlidir ki, türk maraqlarına qarşı ola biləcək bir yanlış hərəkət ona böyük zərər verəcəkdir.
Beynəlxalq ictimaiyyət Əbdül Fəttah əs Sisinin bölgədəki durumu daha da pisləşdirəcək açıqlamalar verməyəcəyini və addımlar atmayacağını gözləyir.