Şirvan 46 saylı Seçki Dairəsindən Rusiya vətəndaşı olan şəxsin parlament seçkilərinə namizədliyinin irəli sürməsi barəsində “DunyanınSesi”- nə məlumat daxil olub.
Məlumatda bildirilir ki, mərhum müdafiə sənayesi naziri Yavər Camalovun oğlu Rəşad Camalov sözügedən dairədən namizədliyini irəli sürərkən Rusiya vətəndaşı olmasını gizlədib.
Mənbənin bildirdiyinə görə, Camalov Rəşad Yavər oğlu Rusiya vətəndaşı olmaqla yanaşı həm də böyük biznes şəbəkəsinə malik olduğu deyilir.Belə olan halda namizəd Rusiya səfirliyi vasitəsi ilə sorğu verib xarici ölkə vətəndaşı olub – olmamsı barədə 46 saylı Dairə Seçki Komissiyasına arayış təqdim etməlidir.