
“Sevgi sadəcə bir hiss deyil”- Qərənfil Ağalarova yazır…
Sevgi sadəcə bir hiss deyil. Sadəcə hiss kimi baxsaq onu anlaya və idarə edə bilmərik.Çünki bu güclü və çılğın hiss sənin qaydalarına tabe deyil.
Sevgi özü də sistemdir. Şüurda, şüuraltında, ruhda, bədəndə, düşüncədə dərin kökləri olan bir sistem. Yarandığı andan bu köklər paralel inkişaf edir.
Ruhunuz işıqlanar, coşqulu olur, şüuraltınız özünəməcsus dəyərləndirər, şüurunuz obrazlandırar, düşüncəniz müxtəlif hekayələr qurar, bədəniniz istəyər. Sevərkən özümüzdə baş verənləri müşahidə etməyimiz mühümdür.Bu həm sevgərkən aldığımız zövqü artırır həm də sevginin bizi aşmaması üçün kontrol yaradır.Sən səndə olanı müşahidə edə bilirsənsə, demək kontrol edə bilərsən. Sevərkən sadəcə bədənə yönəlmək haqqıyla sevə bilməməkdir.Bu zaman sevməkdən zövq deyil iztirab yaşayırıq.
Sevgiylə ayrılığı bir yerdə yazmıram.Növbəti paylaşımda : Ayrılığı iztirabı olmamamsı üçün nə edə bilərik?
Müəllif: Qərənfil Ağlarova