Saxta “əməkdaş”la “rəis”in əməlləri ifşa olundu – VİDEO+FOTO

HADİSƏ Manşet
Spread the love

Özünü Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin (DANX) Gəncə Regional Şöbəsinin əməkdaşı kimi təqdim edən şəxs ifşa olundu.

Avqustun 14-də Gəncə Regional Şöbəsində qanuni işçisi olmayan Rafət Mərdanovun uniformada xidməti maşınla Göyöl rayonun Quşqara kəndi ərazisində fəaliyyət göstərməsi haqqında “Dünyanınsəsi.Az” saytına məlumat daxil olub.
Məlum faktla bağlı əməkdaşımız hadisə yerində olub və “əsərin qəhrəmanı” olan Rafət Mərdanovu iş başında yaxlayıb.Həmin hadisəni özündə əks etdirən videosüjetdə Rafət Mərdanov özünü təqdim etməkdən boyun qaçırır və sonda özünü DANX-ın Gəncə Regional Şöbəsinin “mütəxəssis”i  kim təqdim edir. Bu hadisə ilə bağlı Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin (DANX) Gəncə Regional Şöbəsinin rəisi Əhməd Rüstəmovun da mövqeyini dərc edə bilərik.

Sonda  redaksiya olaraq  Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətindən Gəncə Regional Şöbəsinin xidməti ərazilərinin Gəncə və Naftalan şəhərləri, Daşkəsən, Samux, Göygöl və Goranboy rayonlarını ərazisində reydlər kecirə bilmələri haqqında göstəriş verib-verməməsi  də qaranlıq olaraq qalır.

Koronavirus pandemiyası ilə mübarizədə əhalinin sağlamlığının qorunması məqsədi ilə virus infeksiyasının ölkədə yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması üçün xüsusi karantin rejimi dövründə Gəncə Regional şöbəsinin müvafiq ərazilərindəki  yollarda stasionar postlar fəaliyyət göstərilməsinə icazə verilməyibsə, bu xidməti maşınlar yolun kənarına hansı səbəbdən düzülüb?
Göygöl rayonu Quşqara kəndi ərazisində çəkilmiş videosüjeti təqdim edirik:

Videodan göründüyü kimi bu bu şəxslər sərtləşdirilmiş karantin rejimi dövründə belə qanunları ayaqlar altına atıblar.Qanunsuz reydlər və avtomobil yoxlamaları, sosial məsafənin pozulması, maskasız hərkət və etik normadan kənar davranışlar…

Bu zaman suallar meydana çıxır: Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin (DANX) Gəncə Regional Şöbəsinin özündən razı rəisi Əhməd Rüstəmov hara baxır? 

-Bu idarə onların dədələrindən qalıb,yoxsa şəxsi idarələrdir?

-Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin əməkdaşlarında bu cəsarəti haradandır?

-Niyə pandemiya vaxtı mövcud qanunvericiliyi ayaqlar altına atan bu əməkdaşlar cəzalandırılırmır?

-Təyin olunduğu gündən indiyə kimi varlığı və yoxluğu bilinməyən Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadə nə vaxta kimi bu cür əməllərə göz yumacaq?

Dunyaninsesi.info