Sahil Babyevin nazirliyində sosial ədalətsizlik!

Hit ÖLKƏ
Spread the love

Pandemiya dövüründə  İbrahimov Natiq Misir oğlu soisal ədalətsizliklə üzləşib.

Dunyaninsesi.info-nun elektron poçtuna yazan Natiq İbrahimov heç bir yerdə işləmədiyini, 3 övladının olduğunu vurğulayaraq, dövlətin koronavirus pandemiyası ilə əlaqədər olaraq, imkansız ailələrə verdiyi 190 manatın sonuncu ayını ala bilmədiyini deyib.

O, bildirib ki, aidiyyatı üzrə müraciət etsə də ona problemin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində həll oluna biləcəyini deyiblər: “Mən hazırda Goranboy rayonunun Xoylu kəndində yaşayıram. Bakıya gəlmək imkanım yoxdur. Odur ki, sizin sayt vasitəsilə hörmətli nazirimiz Sahil Babayevdən xahiş edirəm ki, mənim problemimə diqqət yetirsin”.

Dunyaninsesi.info