Sahil Babayevin işçisi iddialara cavab verdi-AÇIQLAMA

Hit ÖLKƏ
Spread the love

DSMF-nin Mingəçevir şəhər şöbəsinin Ünvanlı yardım sektorunun sabiq müdiri  Dövlət Sosial Müdafiə Fondu Publik Hüquqi Şəxsinin Yevlaxda yerləşən 17 saylı Regional idarəsinin Müavinətlər sektorunda Baş məsləhətçisi Xətai Alıyev barəsində səsləndirilən ittiham xarakterli iddialarla bağlı açıqlama verib.

Həmin açıqlamanı olduğu kimi təqdim edirik:

“Dünyanın səsi”-dunyaninsesi.az xəbər portalının redaksiyasına

Hörmətli redaksiya,01 fevral 2021-ci il tarixdə sizin saytınızda “Sahil Babayevin Mingəçevirdəki “əjdahası”nın dəhşətli əməlləri” başlıqlı yazıda Mingəçevirdən olan şikayətçinin elektron məktbu əsasında dərc edilmiş fikirlər həqiqəti əks etdirmir. Məlumat üçün bildirim ki, mən-Alıyev Xətai Allahverdi oğlu 2020-ci ilin avqust ayından  Dövlət Sosial Müdafiə Fondunun Mingəçevir şəhər şöbəsində çalışmıram, Ünvanlı yardım sektorunun müdiri vəzifəsində işləmirəm. 2020-ci ilin noyabr ayından Dövlət Sosial Müdafiə Fondu Publik Hüquqi Şəxsinin Yevlaxda yerləşən 17 saylı Regional idarəsinin Müavinətlər sektorunda Baş məsləhətçi işləyirəm. Mənim neçə aylardır işə getməyib evdə otutub maaş almağımla bağlı iddiaçının səsləndirdiyi fikirlər də doğru deyil.Mən xəstəliyimlə əlaqədar 29 yanvar 2021-ci il tarixdə əməliyyat olunmuşam və hal-hazırda xəstəxanasında yatıram. Sağalma və reabilitasiya müddətindən sonra qanunvericiliyə uyğun şəkildə əmək fəaliyyətimə davam edəcəyəm.

Qeyd edim ki,mənim polislər tərəfindən saxlanmağımla bağlı fikirlər də iddiaçı şəxsin yaydığı dezinformasiyadır. DİN-ə müvafiq qaydada sorğu verməklə mənim haqqımda bilgilər əldə etmək mükündür.

Mənim aztəminatlı ailələrdən pul almağım haqqında səsləndirilən fikirlər şikayətçinin növbəti böhtanıdır. O ki, qaldı guya mənim qadınlara qarşı çirkin niyyətimin olmasına,bu da yalandır.Təbii ki,mən əvvəlki vəzifəmin öhdəliklərinə uyğun olaraq müxtəlif kateqoriyadan olan şəxslərlə, eyni zamanda ailə başçısı olan xanımlarla ünvanlı sosial yardımla bağlı söhbətlər aparmışam. Onların sənədləri ilə tanış olub,onlara qanunamüvafiq şəkildə izahatlar vermişəm. Odur ki, həqiqətə söykənməyən bu iddiaları birmənalı şəkildə rədd edirəm.

Mənim “himayədarım” qismində təqdim olunan Dövlət Sosial Müdafiə Fondu Publik Hüquqi Şəxsinin Yevlaxda yerləşən 17 saylı Regional İdarəsinin rəisi Emil İsmayılov həm Mingəçevirdə işlədiyi zaman, həm də indiki vəzifəsində olduqca tələbkardır və mənim onunla dostluq münasibətlərim yoxdur. Aramızda olan subardinasiya qaydaları hər zaman gözlənilib.

Hörmətli redaksiya,onu da vurğulayım ki, mən və ailə üzvlərim hər zaman dövlətimizə, dövlətçiliyimizə sədaqətlə xidmət etmişik, qarşımıza qoyulan vəzifələrin icrasına maksimum çalışmışıq. Bundan sonrakı fəaliyyətimizi də etimad göstərildiyi müddətcə vicdanla davam etdirəcəyik. Bir daha bəyan ediəm ki,redaksiyanıza müraciət edən şikayətçinin bütün iddiaları başdan-ayağa yalandır və onun bu addımı məqsədli şəkildə atdığı qənaətindəyəm.

Dunyaninsesi.az