Sahil Babayev həbs edilə bilər – 1000 NƏFƏRİN İMZASIYLA PREZİDENTƏ, BAŞ PROKURORLUĞA VƏ DTX-ya MÜRACİƏT EDİLDİ

Manşet QALMAQAL
Spread the love

Ölkə mediasında və sosial şəbəkələrdə  Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevin və nazirliyin struktrularındakı  korrupsiya əməlləri  barədə xəbərlər artmaqdadır. 

Ancaq irimiqyaslı faktlar ortada olsa nə nazir, nə də onun işçiləri məsuliyyətə cəlb olunub.

Dunyaninsesi.Az xəbər verir ki, Sahil Babayevin barəsində cinayət işinin başlanması üçün ölkədə imzatoplama kampaniyası keçirilib.

Bu barədə Gununsesi.info-ya açıqlama verən ictimai fəal Bəxtiyar Hacıyev bildirib ki, 1000 nəfərin imzasıyla Prezidentə, Baş Prokurora və DTX rəisinə rəsmi şikayət göndərilib:

“Sahil Babayevin 160+ milyonluq dövlət satınalmaları, bir binanı 27 milyon manata təmir etməsi və s. şübhəli məqamlar barədə 1000 nəfərin imzası ilə şikayət göndərildi. Xahiş etmişik ki, bu əməllərdə qanun pozuntuları olub-olmaması araşdırılsın.

Tarix üçün biz vətəndaş olaraq öz müraciətimizi etdik. Onların cavablarını gözləyək”.

Dunyaninsesi.Az