Sahil Babayevə məxsus olduğu iddia edilən şirkətə 160 milyon necə köçürülüb?

Manşet REDAKSİYA SEÇİMİ
Spread the love
Sahil Babayev nazir təyin olunduqdan 2 ay sonra yaranan, bu günə qədər saytları, işlək telefonları, ofisləri olmayan, telefon nömrələri ard-arda gizlədilən “Aznest” və “Aqri Kon” şirkətlərinin açıq mənbələrdə 160 milyon manatdan çox tender udduğu qeyd olunur. Soldakı sənəddən də göründüyü kimi açıq mənbələrdə bütün tenderlər qeyd edilməyib, məsələn, 3 saylı Psixonevroloji müəssisənin təmirinə nə az, nə çox, 27.6 milyon manat ayrılıb. Ancaq bu məlumat elektron satınalmalar portalında yoxdur. Belə tenderləri, nazir müavininin “Ekvita”sı, “Ekvita” işçisinin “Global Legal” şirkətlərini də əlavə etsək, Sahil Babayev təxminən 250 milyon manatdan çox vəsaiti bu şirkətlərə verib.
“AqriKon” QSC-nin saytı yoxdur. Facebookdakı səhifəsini hazırda 4(!) nəfər izləyir. Son post 2019-cu ildə yenilənib. Şirkətin nömrəsi GetContactda “Aznest” nömrəsi gizlədildiyi gün gizlədilib.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bu qədər sıx əməkdaşlıq etdikləri, 160 milyon manatdan çox tender verdikləri şirkətlərin rəhbərlərini cəmiyyətə təqdim etməlidirlər. Onların ofislərini çəkib, ictimaiyyətə məlumat verməlidirlər. Təsisçi mətbuat konfransı keçirməlidir, bu tenderləri necə udmaqları barədə açıqlama verilməlidir.
Əks halda, susduqları müddətcə bu şirkətlərin Sahil Babayevə məxsus olması, Sahil Babayevin kabinetini təmir edən fəhlənin üstünü təmizləyərək atdığı imza ilə milyonların ora köçürülməsi barədə deyilənləri səssizlikləri ilə təsdiq etmiş olacaqlar. Eyni zamanda milyonlarla insanımız pensiya, müavinət dərdi çəkdiyi, işsizlikdən əziyyət çəkdiyi bir vaxtda naməlum, heç bir əlaqə məlumatları işləməyən, facebookda 4 izləyicisi olan şirkətlərə 160 milyon manat ayırmaqlarının cinayət olduğunu qəbul etdiklərini göstərəcəklər.
Maksimum paylaşaq, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi səhifələrinə qeyd edək, rəsmiləri işarələyək, cavab tələb edək.
May be an image of text that says 'AQRI KON rda kimi bir arzinda verina yetirdiyi yetirilan vอ başa atdırılması gözlanilan Dövlat büdcasindan 10.08.2018 Aznest Sifarişçinin şexsin Aznest adı Müqavilanin 5982552 Aznest 08.10.2019 26.11.2019 9894357 Aqri Kon unun Azarbaycan Respublikasının amak ati Müdafiasi 10356301 40399280 Aqri Kon Aqri Kon dafia Xidmati 07.05.2021 17.08.2020 26.11.2019 03.08.2018 225 246,00 39415200 Aqri Kon saslı Azarbaycan Respublikasının amak ahalinin Mudafiasi Nazirliyi Maşğulluq Xidmati 6230262 19225246 27 698 780,00 131503198 Dünya Bankı tenderlari Dollarla AQRI KON Aznest Sultanov Raşad Müba Aqri Kon Manatla 3070622 13941599 5220057,4 23700718,3 28920775,7 Cam 160423973,7'
Bəxtiyar Hacıyev