“Sabiq rəis Kəlbəcərli köçkünə 100.000 manat atıb”- GƏNCƏDƏ SƏRNİŞİN DAŞIMADA NƏLƏR YAŞANIB?

Əsas Manşet ÖLKƏ
Spread the love

Kəlbəcər köçkünü Məhərrəmov İlqar Sadıq oğlu “DunyaninSesi.Az” saytı vasitəsi ilə Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəsi Kamran  Əliyev cənabına videomüraciət edib.
Müraciət sahibi prokuorluğa şikayətində bildirir ki, prezidentin sərəncamı ilə yeni yaradılan Gəncə İcra hakimiyyəti Yanında Avtomobil Nəqliyyatı və Sərnişindaşıma İdarəsinin sabiq rəisi Murad Səttərov və onun müavini  Abbasov Mirkazım “14” saylı marşurut xəttinin ona verilməsi əvəzində  100 min manat  vermişdir.Bu məbləğin müqabilində şikyətçi marşurut xəttindən  7 ayda istifadə etdiyini qeyd edir.
Buna baxmayaraq sabiq rəis  Murad Səttərov  yenidən Kəlbəcərli köçkün İlqar  Məhərrəmovu öz yanına çağıraraq  sabiq icra başçısı Elmar Vəliyevin adından ona bildirib ki, yenidən 50 min manat verməlisiniz.Əks təqdirdə marşurut xətti əlinizdən alınacaq.Sonda  belədə olur. Sözügedən marşurut xətti şikayətçinin əlindən alınaraq başqa şəxsə verilir.Amma Kəlbəcərli köçkün hara şikayət edirsə heç bir əməli tədbir görülməyib. Şikayətçi 2016-cı ildən bu  günə kimi vermiş olduğu 100 min manatı hələdə sabiq rəisdən ala bilmədiyini qeyd edir.
Sonda redaksiya olaraq vəzifə səlahiyyətlərindən sui-istifadə etmiş vəzifəli şəxslərin xeyli  miqdar rüşvət almaları ilə bağlı inanırıq ki, Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsininin rəisi  qanuna müvafiq olaraq  tədbir görülməsi üçün ciddi göstəriş verəcəkdir.
Məlumat üçün onuda qeyd edək ki,Murad Səttərov sabiq icra başçısı Elmar vıliyevin xalası oğludur.

Misir İbrahimli
DunyaninSesi.Az