SABİQ NAZİR MÜLKLƏRİNİ VƏ HOTELİNİ SATIŞA ÇIXARDI – Fotolar

İQTİSADİYYAT Manşet
Spread the love

Sabiq vergilər naziri Fazil Məmmədov mülklərini satışa çıxarıb. Axar.az-ın məlumatına görə, hazırda Şəmkirdəki malikanəsində yaşayan və səhhəti normallaşan F. Məmmədov bu rayondakı bütün obyektlərini satır.

Artıq sabiq nazirin məşhur “Ekselsior” (Excelsior) hotel şəbəkəsini satdığı da iddia olunur.

Eks-nazirin Şəmkirdəki obyektlərini niyə birdən-birə satışa çıxardığı haqda məlumat yoxdur.

Qeyd edək ki, sabiq nazirin satışa çıxardığı  hotel Cəyirçay çayının sahilində, Dəllər kəndinin 4 km-də yerləşir. Bu beşulduzlu otel “Excelsior” şəbəkəsinə daxildir.

Keçmiş nazirin hoteli hansı qiymətə satdığı haqda heç bir məlumat yoxdur.

Sözügedən obyektin fotolarını təqdim edirik: