Sabiq başçının “yem yeri” olan idarə rəisi işdən çıxarıldı

Hit ÖLKƏ
Spread the love

Gəncə Regional Mədəniyyət İdarəsinin rəisi,adı müxtəlif vaxtlarda qanunsuz əməllərdə hallanan Sənan Hacıyev tutduğu vəzifədən azad olunub.

Dünyanınsəsi.Az xəbər verir ki, bu barədə yeni Mədəniyyət naziri Anar Kərimov əmr imzalayıb.

Bildirək ki, 2011-ci ildən bu vəzifədə çalışan S.Hacıyev daha öncə Gəncə Şəhər Musiqi Məktəbinin direktoru olub.Həmçinin,güllənən sabiq icra başçısı Elmar Vəliyevin təyin etdiyi kadr kimi onun üzüyola “yem yerləri”ndən biri olub.

Hələlik onun yerinə təyinat yoxdur.

Onu da qeyd edək ki, iddialara görə,Sənan Hacıyev regional mədəniyyət idarəsinin tabeliyində fəaliyyət göstərən musiqi məktəblərinin, kənd mədəniyyət evlərinin, kitabxanaların, muzeylərin, cari və əsaslı təmiri işlərinə görə ayrılan dövlət vəsaitlərini də  bu ilin may ayında DTX tərəfindən həbs olunan Mədəniyyət nazirinin müavini  Rafiq Bayramovla birgə mənimsəyirmişlər.

Gəncə şəhərində Azərbaycanın mədəni irsi və sərvəti olan tarixi abidələrin və mədəniyyət nümunələrinin qorunması, bərpası, rekonstruksiyası və mühafizəsi üçün zəruri işlərin görülməsi məqsədilə ayrılan dövlət vəsaitləri də Sənan Hacıyev tərəfindən formal olaraq yazılaraq mənimsənildiyi bildirilir.