Səxavət Kəlbəcərli : “Bu gün Kəlbəcərə təzə qar yağıb” – Şeir+FOTO

Hit ŞOU
Spread the love

 

Şairi təbiət yaradır, cəmiyyət formalaşdırır, eşq hər şeyin fövqünə qaldırır!

Mənəvi güc-qüvvəni, zövqü təbiətdən alan söz adamlarının baş mövzusu da çox zaman təbiət özü olur.

 Bəlkə də təbiətin əsrarəngiz gözəllikləri olmasaydı insan öz şairlik duyğusunu, istedadını dərk etməkdə, üzə çıxartmaqda çətinlik çəkərdi. Unutmayaq ki, hər kəsə nəsib olmayan şairlik istedadı elə təbiətin – yaradanın öz seçilmişlərinə bəxş etdiyi əvəzsiz nemətdir.

O seçilmişlərdən biri, parlaq istedad sahibi, gənc  şair Səxavət Kəlbəcərli ilk şeirlərinin  baş qəhrəmanı da məhz təbiət olub. Onun poeziyasında təbiət və təbii gözəliklərin təsvir, tərənnümü eləcədə vətənpərvərlik ruhunda yazmış olduğu şeirlər mühüm yer tutur.

Gənc Azərbaycan şairi Səxavət Kəlbəcərli bütün şeirlər toplusunun ən çoxunu işğal altında olan Qarabağa həsr etmişdir.

Gənc şair öz xalqını, vətənini, doğma torpağının əsrarəngiz təbiətini sevdiyi üçün özünə “Kəlbəcərli” təxəllüsünü götürüb.

Səxavət Kəlbəcərlinin müharibədən sonrakı dövr yaradıcılığı da  məhsuldar olaçağına çox ümidliyik.Hər gün Qarabağ deyib hayqıran şairin “Bu gün Kəlbəcərə təzə qar yağıb” şeirini təqdim edirik:

KƏLBƏCƏR

Bu gün Kəlbəcərə təzə qar yağıb,
Torpağın, qarın da azad, Kəlbəcər!
Az qalıb, el-oban köçə qoynuna,
Daha həsrətini azalt, Kəlbəcər!
Sən əzəl olursan, yazın gələndə,
Söz qəzəl olursan, yazın gələndə.
Çox gözəl olursan yazın gələndə,
Bir az ocağına duz at, Kəlbəcər!
Yerini vermədi, üz tutduq hara,
Sənsiz ürəyimiz paradı, para!
Bizi, bilirsənmi, ulu dağlara
Gətirdi düz ilqar, düz and, Kəlbəcər!
Səxavət Kəlbəcərli
На изображении может находиться: снег, на улице и природа
Ərşad İbrahimli,
Dünyanınsəsi.Az