
Şəmkirli sahibkar rəisdən nazirə şikayət etdi – ( Foto+Video)
Şəmkir rayonun Qilincbəyli kənd sakini Abdullayev Suliddin Əbdürrəhman oğlu “DünyaninSesi.Az” saytı vasitəsi ilə Daxili İşlər Naziri Vilayət Eyvazov cənablarına videomüraciət edib.
Müraciət sahibi nazirə şikayətində bildirir ki, 16.01.2020-ci il tarixdə Şəmikir rayonun Ceyrançöl ərazisndə yerləşən mal-qoyun fermasını, Şəmkir rayonun Kür qəsəbə polis bölməsinin rəisi polis polkovniki Ədalət Sadıqov, tabeçiliyində olan əməkdaşları ilə birlikdə ağır texnikadan istifadə etməklə yerlə yeksan etdirib.Fermer polis özbaşınalığı ilə bağlı Daxili İşlər Nazirliyin (DİN) “102” qaynar xəttinə də məlumat verib.Lakin heç bir əməli tədbir görülməyib.
Şəmkir sakini DİN rəhbərliyinə şikayətində aydın şəkildə sual edir ki, sözügedən polis bölməsinin rəisinin söküntüyə məhkəmə qətnaməsi olmadan qanunla hansı səlahiyyət verilib ki, mülki işlərə müdaxilə edir?
Qanundankənar söküntü nəticəsində şikayətçiyə 20 min manat civarında ziyan dəydiyi bildiririlir.
Bu gün ölkəmizdə insan hüquqları və fundamental azadlıqlarından eləcədə vətəndaşların mülki hüquqlarının qorunmasından söhbət gedirsə, Şəmkir polisinin bu əməllərinə hansı hüquqi don geyindirmək olar?
İctimai qaydanı qorumaq və ictimai təhlükəsizliyi təmin etmək əvəzinə polisin “Ceyrançöl” ərazisinə töküb başqa işlərə sövq edilməsinin arxasında ancaq maddi marağın durduğunu yaxud da yuxarıdan hansısa vəzifəli məmurun sifariş verdiyini güman etmək olar.
Azərbaycan Respublikasında polisin təyinatı insanların həyatını, sağlamlığını, hüquq və azadlıqlarını, dövlətin, fiziki və hüquqi şəxslərin qanuni mənafelərini və mülkiyyətini hüquqa zidd əməllərdən qorumaqdan ibarətdirsə bölmə rəisi Ədalət Sadıqova bu müstəsna səlahiiyətləri kim verib?
Qeyd edək ki, Ə. Sadıqov Nizami rayon Polis İdarəsinin rəisi vəzifəsinə 2011-ci ilin noyabrında təyin olunmuşdu.“Gəncə işi” ilə bağlı ziddiyyətli məqamlarda adı hallanandığına görə sabiq Daxili İşlər Naziri, general-polkovnik Ramil Usubovun sərəncamı ilə Gəncə şəhər Nizami rayon polis idarəsinin rəisi Ədalət Sadıqov sərəncama götürülmüşdür.Ədalət Sadıqov Şəmkirin Kür qəsəbəsinə polis rəisi ötən ilin Avqust ayında təyin olunub.
Sonda redaksiya olaraq bizdə inanırıq ki, DİN rəhbərliyi Şəmkir polisinin sahibkara məxsus olan fermanın üçürulması əməliyyatına hüquqi aydınlıq gətirəcəkdir.
DunyaninSesi.AZ