Şəmkirdə məktəbli şagirdi qəsdən zəhərləyib öldürən şəxs niyə həbs edilmir? – Baş prokurora VİDEOŞİKAYƏT

HADİSƏ Manşet
Spread the love

Şəmkirin Mehirli kəndində məktəbli şagirdi zəhərləyib öldürən şəxs niyə həbs edilmir?
Bu haqda Dünyanınsəsi.Az saytına qəsdən zəhərlənməyə məruz qalaraq dünyasını dəyişmiş, 7-ci sinif şagirdi, Rüqsarə Məmmədovanın anası Pakizə Məmmədovanın Baş prokurorluğa ünvanlamış olduğu videoşikayətdə bildirilir.
Şikayətçi qeyd edir ki, Şəmkir rayonun Mehrli kəndində 9 iyun 2021-ci il tarixdə məktəbli qızı Rüqsarə Məmmədova qonşusu Fərqanə adlı şəxs tərəfindən qəsdən öldürülmüşdür.Ölümə səbə olaraq şikayətçi onu qeyd edir ki, qızı Rüqsarə Məmmədovanın saçına qonşusu Fərqanə adlı xanım tərəfindən zəhərli maye sürtülüb.Nəticədə yüksək doza da tətbiq edilən bu zəhərli maye məhrumun qanına keçmiş və onun həyatını həkimlər belə xilas edə bilməmişlər.Hadisə ilə bağlı aparılan araşdırma zamanı yəqin ki, ekspertizanın rəyindən sonra da məlum olacaq ki, qızcığaz həqiqətənmi zəhərlənib? Hazırda məktəbli şagirdin ölümündə adıkeçən şəxs və şəxslər azadlıqda gəzir.Bu da zərərçəkmiş şəxsi qıcıqlandırmaqla mətubat vasitəsi ilə Baş prokurorluğa müraciət etməyə məcbur edib.Şikayətçi əməkdaşımızla söhbətində onu da qeyd edib ki,məktəbli şagirdi zəhərləyib öldürən Fərqanənin qaynatası Faiq adlı şəxs ona rüşvət təklif edir ki, guya hadisəni gəlni yox özü törədib.


Redaksiya olaraq ümid edirik ki, iyun 9-da Şəmkir rayonun Mehirli kənd sakini Məmmədova Rüqsarə İmamverdi qızının qəsdən öldürülməsi faktı ilə bağlı Şəmkir rayon prokurorluğunda başladılan cinayət işinin sonunda cinayətkar cəzasız qalmayacaq.

Şəmkir sakinin Videoşikayətini təqdim edirik:

Oruc Abbasoğlu,

Dünyanınsəsi.Az