Şəmkirdə həkimin səhvi ücbatından xəstənin ayağı amputasiya olunmalıdır- VİDEOŞİKAYƏT

Əsas Manşet REDAKSİYA SEÇİMİ
Spread the love

Şəmkir Tibb Mərkəzinin həkiminin səhvi ücbatından ayağım amputasiya olunmalıdır.

Bu haqda Dünyanınsəsi.Az saytına  Şəmkir rayon Zəyəm qəsəbə sakini Məlahət Vəliyevanın  göndərmiş olduğu videoşikayətdə qeyd edilir.

Şikayətçi başına gələnləri belə nəql edir:
“Mən Vəliyeva Məlahət 10 avqust 2021 ci il tarixində tibb mərkəzinə müraciət edərək dizimin ağrıdığını bildirmişəm.Bütün lazımi ödənişləri eləmişəm.
6 ay müddətində aparılan səhv müalicələr ücbatından ayağım amputasiya  olunmalıdır.
Məni travmatoloq Ədalət Allahverdiyev bu günə saldı.İndi də məni təhqir edir və deyir ki,get kimə istəyirsən şikayət elə.Belə getsə ayağım 11.01.2022 tarixində amputasiya olunacaq.
Mən bütün aidiyyatı orqanlardan kömək istəyirəm”.

Redaksıya olaraq qarşı tətəfin də mövqeyini dərc edə bilərik.

Dünyanınsəsi.Az