
Şəmkirdə büdcə talayan sabiq direktordan şikayət var – Foto
Təhsildə rüşvətxorluq , korrupsiya və saxta diplom faktları ilə zaman-zaman Baş Prokuror yanında Korrupsiya qarşı Mübarizə Baş İdarəsində çinayət işləri araşdırılıb vəzifə səlahiyyətlərindən sui-istifadə etmiş şəxslər barələrində toplanmış materiallar baxılması üçün aidiyyatı üzrə məhkəmələrə göndərilmişdir.Bu dəfə Şəmkir rayonun Kür qəsəbəsi ərazisində yerləşən 2 saylı Uşaq Gənclər İdman ( UGİM) məktəbində 1994-cü ildən 2012-ci ilə qədər Voleybol üzrə məşqiçi müəllim işləyən Orucov Oruc Abbas oğlunun adına yazılmış olan aylıq 400 azn civarında əməkhaqqı sabiq direktor İsmət Məmmədov tərəfindən alınırmış.Bu haqda zamanında Şəmkir rayon İcra hakimiyyəti Başçısına da müraciət edən Oruc Orucov ölçü götürülmədiyindən 05.09.2019-cu il tarixdə Prokurorluq orqanına üz tutmağa qərar verib.Hal-hazırda vəzifə səlahiyyətlərindən sui-istifadə edən sabiq direktorun büdcə talanın araşdırılması üzrə Şəmkir rayon prokuorlluğunda araşdırmalar aparılır.Məlumat üçün onuda qeyd edək ki, Oruc Orucov sabiq direktorun onun adına yazmış olduğu əməkhaqqı cədvəllərindən çıxarışlarını da bizə göndərib.
DunyanınSesi.Az