Şəmkir sakini Müdafiə Nazirliyinə müraciət etdi – FOTOLAR

Manşet ÖLKƏ
Spread the love

Məlum sentyabr döyüşlərində Ermənistan silahlı qüvvələri atəşkəs barədə əldə olunmuş razılaşmanı pozaraq sentyabrın 13-dən 14-nə keçən gecə Kəlbəcər və Laçın rayonları istiqamətlərində yerləşən bölmələrimizə müxtəlif çaplı minaatan və artilleriya qurğularından atəşə tutmuşdur.Məhz buna görədə Azərbaycan SQ tərəfindən adekvat cavab tədbirləri görülərkən çoxlu sayda əsgər və zabitlərimiz xəsarətlər almasına baxmayaraq təxris olunmuş əsgərimizin müalicəyə ehtiyacı var.
Bu barədə oktyabrın 10-da Azərbaycan Müdafiə Nazirliyinin laçın korpusunda xidmət keçmiş sabiq döyüşçüsü Səxavət Tağıyevin atsı tərəfindən Dünyanınsəsi.Az müraciət etmişdir.
Şəmkir rayonun Mehirli Kənd sakini Məqsəd Tağıyev saytımıza bildirmişdir ki, onun oğlu S.Tağıyev bu yaxın günlərdə xidmət keçdiyi hərbi hissədən təxris edilib.Buna baxmayaraq onun bədənində hələ də çoxsaylı qəlpə yaraları tam müalicə olunub qutramayıb.Hazırda onun müalicəyə ehtiyacı olduğunu bildirir.


Şikayətçi mətbuat vasitəsi ilə Müdafiə Nazirliyinin rəhbərliyindən öğlunun Şəmkir rayonun Sarıtəpə kəndi ərazisində yerləşən hərbi hosbitalda müalicə olunmasına köməkdarlıq etməsini xahiş edir.

Şəmkir sakinin müraciətinə  Müdafiə Nazirliyindən  dərhal reaksiya verildi

Azərbaycan Silahlı Qüvvələrinin sıralarından  01 oktyabr 2022-ci il tarixdə təxris olunmuş yaralı əsgərin atası Məqsəd Tağıyev müdafiə nazirliyinin rəhbərliyinə müraciət emişdir.

Nazirliyin Baş Tibb İdarəsinin rəhbərliyi tərəfindən Şəmkir sakinin müraciəti  dərhal nəzarətə götürlərək aidiyyatı üzrə göstərişlər verilmişdir.

Hazırda Dünyanınsəsi.Az saytına Müdafiə Nazirliyinin Gəncə şəgətində yerləşən 230 saylı hərbi hosbitalın rəisi, tibb xidməti Polkovniki Qaçayev Hüseyn Sədaqət oğlu məlumat vermişdir ki,döyüşlər zamanı yaralanmış olan əsgərimiz  Səxavət Tağıyevi hərbi  hosbitala yerləşdirmişik.Tam müalicə edilib yaraları tam sağaldıqdan sonra sağalam vəziyyətdə  evlərinə buraxılacaqdır.

Redaksiya olaraq Müdafiə Nazirliyinin rəhbərliyinə eləcə də 230 saylı hərbi hosbitalın rəisi, tibb xidməti polkovniki Hüseyn Qaçayevə öz təşəkkürümüzü bildiririk.

Dünyanınsəsi.Az