Şəmkir postunda polis sürücüdən rüşvət alıb?-VİDEO

HADİSƏ Hit
Spread the love

Daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov yol polisində geniş islahatlara başlasada hələ də stasianar postlarda rüşvətə son qoyulmur.
Qazax-Şəmkir- Bakı magistral yolu üzərində yerləşən Daxili İşlər nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin YPX Alayının 9-cu tağımının polis serjantı “Kamaz 53212” markalı 16-BB-857 dövlət qeydiyyat nişanlı yük avtomobilini Şəmkir postunda saxlayaraq ondan rüşvət alıb.Ümid edirik ki, sözügedən rüşvət videosu ilə bağlı DİN-nin müvafiq qurumları araşdırma aparıb ictimaiətə açıqlama verəcəkdir . Dünyanınsəsi.Az  olaraq  qeyd edirik ki, videoda  sürücüdən rüşvət alan əməkdaş  polis serjantı Razim Orucovdur.

 

Şəmkir postundakı rüşvət videosunu təqdim edirik:

 

Şəmkir postundakı rüşvət olayı ilə bağlı DİN-dən – AÇIQLAMA

Daxili İşlər Nazirliyi Şəmkir rayonunda yol polisi əməkdaşının yük maşını sürücüsündən rüşvət aldıqdan sonra onun hərəkətinə icazə verməsi barədə iddialara münasibət bildirib.

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru, polis baş leytenantı Eşqin Qasımov “DünyanınSəsi”nə açıqlamasında bildirib ki, bəzi xəbər saytlarında və sosial şəbəkələrdə Baş Dövlət Yol Polisi İdarəsinin Yol patrul Xidməti Alayının 9-cu tağımının inspektorunun stasionar postda yük avtomobili sürücüsündən rüşvət alması ilə bağlı yayılan video-görüntülür aiddiyəti qurumlar tərəfindən araşdırılıb:

“İddia öz həqiqətini tapmayıb. Belə ki, mart ayının 26-da Daşkəsən rayon sakini Eşqin Ələsgərov özünə məxsus yük avtomobili ilə Qazax rayonu istiqamətində hərəkətdə olarkən, daşıdığı yükün qabaritinin normadan böyük olması səbəbi ilə saxlanılıb, sürücüyə pozduğu qayda pozuntusu ilə bağlı məlumat verilib.

E. Ələsgərov daşıdığı yükün qaiməsini polis əməkdaşına təqdim edərək çəkisinin normal standartlara uyğun olduğu bildirib. Sürücüyə bir daha izah olunaraq yükün çəkisinin deyil qabaritinin normadan böyük olduğu bildirilib və barəsində İnzibati Xətalar Məcəlləsinin 327-ci maddəsi (Nəqliyyat vasitələrinin sürücüləri tərəfindən yol hərəkəti qaydalarının pozulması) ilə protokol tərtib edilərək 40 manat miqdarında cərimə edilib.

Qeyd edək ki, həmin gün sürücünün stasionar posta daxil olması, protokol tərtib edilmə görüntülərinə baxış keçirilmiş və iddia edilən fikirlərin əsassız olması müəyyən edilib”

Dünyanınsəsi.Az