Şəhid olan türkiyəli hərbçinin bu vəsiyyəti ürəkləri DAĞLADI

HADİSƏ Hit
Spread the love

Pəncə-Kilit əməliyyatı bölgəsində şəhid olan türkiyəli hərbçi Yusuf Ataşın vəsiyyətini ehtiva edən görüntülər üzə çıxıb.

Musavat.com xəbər verir ki, Yusuf Ataş vəsiyyətində leykozlu bir qızın həyatı boyu bütün xərclərinin qarşılanmasını və bayramlarda valideynlərinin ziyarət edilməsini, əllərinin öpülməsini istəyib.

Şəhid olan Yusuf Ataşın bu vəsiyyəti hər kəsi kövrəldib.

Yusuf Ataş şəhid olmadan öncə çəkdiyi videoda “Mənim vəsiyyətim. Həyatda ən çox istədim şey qızımın olmasıdır. Əgər şəhid olsam leykoz xəstəliyindən əziyyət çəkən bir qız uşağının bütün xərclərini qarşılayın. Bir də bayramlarda valideynlərimin yanına gedib əllərindən öpün”, – deyə bildirib.

Qeyd edək ki, 21 yaşlı gənc hərbçi Yusuf Ataş Pəncə-Kilit əməliyyatı bölgəsində şəhid olub.

Musavat.com