Şəhid atası Kəlbəcərin rəisindən Prezidentə Şikayət etdi

Əsas Manşet REDAKSİYA SEÇİMİ
Spread the love
Kəlbəcər rayon məcburi köçkünü, ehtiyatda olan polis mayoru, 1-ci Qarabağ müharibəsinin vetaranı, şəhid atası Atayev Habil Mansur oğlu polis rəisin təhqiramiz hərəkətlərindən Ali Baş Komandana şikayətçidir.
“Mən şəhid ailəsi tanımıram. Tanımaqda istəmirəm” deyən Kəlbəcər RPŞ-nin rəisii Haqverdi Əkbərovun bu təhqiramiz hərəktləri ilə üzləşən  Şəhid atası Habil Atayev  Prezident İlham Əliyevə, Baş Prokuror Kamran Əliyevə, Daxili  İşlər  naziri Vilayət  Eyvazova  şikayət məktubu ünvanlayıb. Şikayətçi məktbunun bir surətini də DünyanınSəsi.az Xəbər Portalına göndərib.
 
Həmin məktubundan bəzi məqamlarını olduğu kimi təqdim edirik:
 
 
Möhtərəm cənab Prezident!
 
Hörmətli Baş prokuror !
 
Hörmətli Vilayət Eyvazov!
 
Bildirirəm ki, oğlum mərhum Atayev Nicat 2-ci  Qarabağ müharibəsində zabit kimi torpaqlarımızı düşməndən azad etmək üçün Füzuli rayonunda döyüş tapşırığını icra edərkən şəhid olmuşdur. Sizin şəhid ailələrinə olan qayğı və diqqətinizdən irəli gələrək aşağıdakı məlumatları bildirmək istəyirəm.
19 iyul 2021-ci il tarixdə mən Kəlbəcər Rayon Polis Şöbəsinə gedərək bildirdim ki, ana vətənimdə, boya-başa çatdığım torpaqda-Kəlbəcərdə əzizlərimin qəbrini ziyarət etmək istəyirəm. Rayon Polis Şöbəsinin rəisi Haqverdi Əkbərovla telefonla danışdım və o müavini Yelmar Quliyevlə əlaqə saxlamağımı bildirdi. Yelmar müəllim isə bir müddətdən sonra Haqverdi Əkbərova zəng çatmadığını və bu vəziyyətdə mənim yenidən onunla əlaqə yaratmağımı bildirdi. Bundan sonra Göy-göl rayonunun Toğanalı kəndində posta gedərək oradakı əməkdaşlara vəziyyəti bildirdim və onlardan xahiş etdim ki, ata-baba yurduma getməyə icazə verməsi üçün Haqverdi Əkbərova zəng etsinlər. Əməkdaşlar şəhid atası olduğumu bir daha Haqverdi Əkbərovun diqqətinə çatdıraraq mənim xahişimi yerinə yetirdilər. Lakin, mən özüm eşidə-eşidə o bildirdi ki, “Mən şəhid ailəsi tanımıram. Tanımaqda istəmirəm”.
Cənab Prezident, mən Vətən yolunda övladımı itirmişəm. Lakin, Kəlbəcər işğaldan azad olunduqdan sonra Rayon Polis rəisi özü birbaşa və dolayı yollarla qarətlə məşğul olmuşdur. Belə ki, ermənidən qənimət qalan 3 ədəd chevrolet maşın, 82 baş at, 6 ton mis və 600 baş iribuynuzlu mal-qara əldə etmişdir. Hal-hazırda həmin təsərrüfat Kəlbəcər rayonunun Qoşdaş adlanan yaylağında saxlanılır. Onların hər birini Sizin nümayəndənizə təqdim edə bilərəm.
Cənab Ali Baş Komandan, bayrağımızın Kəlbəcərdə dalğalanmağı şəhidlərimizin qanı bahasına başa gəlib. Siz şəhid ailələrinə daim kömək etmisiniz və bildirmisiniz ki: “Bu, mənim borcumdur, xalqa xidmət etmək mənim ən böyük vəzifəmdir. Mənim üçün bu, böyük şərəfdir ki, sizə bu istiqamətdə xidmətimi göstərim.”
Sizdən xahiş edirəm ki, şəhid atası olaraq mənə olunan haqsızlığa, o cümlədən şəhidin qanı qurumadan “Şəhid ailəsi tanımaq istəmirəm”- deyərək Sizin apardığınız siyasətə və dövlət icra mexanizminə xəyanət edən Kəlbəcər Rayon Polis Şöbəsinin rəisi Haqverdi Əkbərov haqqında lazımi tədbir görəsiniz.
 
Hörmətlə, Atayev Habil Mansur oğlu
Dünyanınsəsi.Az