Səfir təyin edilən Fuad İsgəndərovdan BÖYÜK SƏHV

HADİSƏ Hit
Spread the love

Xəbər verdiyimiz kimi, prezident İlham Əliyev tərəfindən 26 iyul tarixində imzalanmış sərənacamla Fuad Eldar oğlu İsgəndərov Azərbaycan Respublikasının İsveçrə Konfederasiyasında fövqəladə və səlahiyyətli səfiri təyin edilib.

Yenicag.az-ın xəbərinə görə, Fuad İsgəndərov səfir təyin olunması ilə bağlı sevincini “Twitter” hesabından dilə gətirib.

İsgəndərovun sevinci o qədər böyük olub ki, yazısında çoxlu səhvlərə yol verib. Səfir hətta prezidentin soyadını da yazmağı unudub.

Fuad İsgəndərovun tvitinə göz yetirək:

“Bu gün Zatı-aliləri Prezident İlham tərəfindın İsveçrə Konfederasiyasına Fövgaladı və Səlahiyyətli Səfir təyin edildim. Göstərilən etimada görə cənab Prezidentə səmimi minnatdarlığımı bildirir,gələcək fəaliyyətimdə milli maraglarımız naminə var güvvəmlə çalışacağıma söz verirəm”.

Yanlışlar:

İlham – İlham Əliyev
tərəfindın – tərəfindən
Fövgaladı (fövqəladə)
Səfir – səfir
minnatdarlığımı – minnətdarlığımı
maraglarımiz – maraqlarımız
güvvəmlə – qüvvəmlə

Göründüyü kimi, səfirin sevinci iki cümlədə 7 səhv etməsinə yol açıb.

Maraqlısı isə budur ki, Fuad İsgəndərov yeni tvitlər atsa da, sözügedən paylaşımındakı səhvləri düzəltməyib.