Müğənni Şəbnəm Tovuzlu Sankt-Peterburqda konsert verib.
Musavat.com-un məlumatına görə, Lensovet adına Mədəniyyət Sarayında keçirilən gecə “Həmrəy olaq, həmyerlilər” adlanıb.
Gecədə Şəbnəm öz repertuarından olan ondan çox mahnı səsləndirib. Tədbirin aparıcısı Aytəkin Mərdanova olub.
“Hər işimdə Allaha şükr etmişəm ki, məni utandırmasın. Bütün arzularıma çatıram. Hər şey gözəl idi. Təşkilatçılıq üçün Şəhanə Ayazqızına təşəkkür edirəm. Konsert alqışlarla keçdi”, – deyə Şəbnəm bildirib.