Ruslar koronavirusa qarşı peyvənd sınaqları üçün Bakıya gəlir

HADİSƏ Hit
Spread the love

Rusiya nümayəndə heyəti koronavirusa qarşı “Sputnik V” peyvəndinin AstraZeneca şirkətinin hazırladığı peyvəndlə kombinasiyalı şəkildə klinik sınaqlardan keçirilməsini müzakirə etmək üçün Bakıya gəlir. Rusiya KİV-lərinin xəbərlərinə əsasən bu haqda “R-Farm” şirkətlər qrupunun direktoru Aleksey Repik bildirib.

“Proqram təkcə Rusiyada inkişaf etdirilməyəcək, o bir sıra ölkələrdə də işə salınacaq. Elə indi biz Azərbaycana uçuruq ki, klinik sınaqlara dair layihəni müzakirə edək. Yaxın şərq ölkələri, MDB-nin digər ölkələri də layihəyə cəlb oluna bilər”,-Repik “Rossia 24” telekanalına müsahibəsində deyib.

O, “Sputnik V” peyvəndinin Azərbaycanda istehsalı barədə danışıqların aparılacağını da mümkün sayıb.

Rusiya “Sputnik V” pereparatını dünyada koronavirusa qarşı ilk peyvənd kimi qeydiyyatdan keçirib, lakin bir çox ölkələrdə mütəxəssislərin bu pereparata dair şübhələri var. Son vaxtlar isə Rusiya “Sputnik V” pereparatının Britaniya-İsveç əczaçılıq şirkəti AstraZeneca tərəfindən hazırlanan peyvəndlə kombinasiyalı şəkildə tətbiq edilməsini müzakirə edir. Rusiyada “Sputnik V” peyvəndini hazırlayan Qamaley adına Mərkəzin direktoru Aleksandr Gitsinburq hesab edir ki, iki peraparatın komnbinasiyalı tətbiqi daha yüksək müdafiə yarada bilər.

Dünyanınsəsi.az