RUSLAR KİYEVİN MƏRKƏZİNDƏ YERLƏŞƏN KÖRPÜNÜ VURDU – VİDEO

DÜNYA Hit
Spread the love

Kiyevin mərkəzinə yerləşən, piyada və velosipedçilərin hərəkəti üçün nəzərdə tutulan Kliçko körpüsü Rusiya ordusu tərəfindən vurulub.

Partlayış anı ərazidə olan təhlükəsizlik kameraları tərəfindən anbaan qeydə alınıb.

Qeyd edək ki, Kliçko körpüsünün açılışı 2019-cu ildə baş tutmuşdu.

Xatırladaq ki, bu gün səhər saatlarında etibarən Kiyevlə yanaşı, Ukraynanın Lvov və Dnepr şəhərləri də raket hücumlarına məruz qalıb. Son məlumata görə, Kiyevin mərkəzinə raket hücumu nəticəsində beş nəfər ölüb, 12 nəfər yaralanıb.