Avropa Şurası Parlament Assambleyasının qış sessiyasında Rusiya nümayəndə heyətinin səlahiyyətləri və tərkibi mübahisələndirilib.
“DunyaninSesi” xarici agentliklərə istinadən xəbər verir ki, müvafiq bəyanatla Litva millət vəkili Emanuelis Zingeris çıxış edib.
Prosedurlara görə, E.Zingerisin təklifi 5 ayrı ölkənin nümayəndə heyətindən 30 deputatı dəstəkləməli idi və litvalı siyasətçi belə bir dəstəyə nail olub. Bundan başqa, Assambleyanın reqlamentinə əsasən, təklif AŞPA-nın monitorinq üzrə komitəsində 24 saat ərzində müzakirə olunub və rədd edilib.
Lakin Emanuelis Zingerisdən sonra Ltviya nümayəndə heyətinin üzvü Mariya Qolubeva Rusiyanın 2016-cı ildə işğal olunmuş Krımda seçki keçirdiyni və həmin bölgədən seçilən deputatların statusunun qeyri-qanuni olduğunu diqqətə çatdırıb. Bununla bağlı təklif yenə də monitorinq komitəsinə göndərilib.
Xəbər verildiyi kimi, bu gün belçikalı deputat Riki Dems AŞPA-nın yeni prezidenti seçilib. Özünün andiçmə mərasimində R.Dems “olduqca aktiv prezident” olacağına və fəaliyyətində əsas üstünlüyü insan haqları, ətraf mühit problemlərinə verəcəyinə söz verib.
Son sessiyada Ukrayna Ali Radasından, hakim “Xalqın xidmətçisi” fraksiyasından olan deputat Aleksandr Merejko vitse-prezident vəzifəsinə layiq görülüb.