“Cənubi Qafqazdakı münaqişələrin həlli üçün güc tətbiqi ola bilməz”.
DunyaninSesi“Report”-a istinadən xəbər verir ki, bunu Ermənistan parlamentində keçirilən mətbuat konfransında Rusiya Federasiya Şurasının Beynəlxalq məsələlər komitəsinin sədri Konstantin Kosaçevbildirib.
“Biz təhlükəsizlik məsələlərini, həmçinin bu regionda davam edən münaqişələrin həlli perspektivlərini, o cümlədən Dağlıq Qarabağ münaqişəsini müzakirə etdik. Bunların həlli yalnız siyasi yolla mümkündür”, – o vurğulayıb.