Rusiya son illərdə ilk dəfə Suriya hava məkanını Türkiyəyə açıb

DÜNYA Hit
Spread the love

Türkiyə Silahlı Qüvvələrinin (TSK) Suriya və İraqda terror təşkilatı PKK/PYD/YPG-yə qarşı başlatdığı hava əməliyyatında Rusiyanın nəzarətində olan Suriya hava məkanından da istifadə edildiyi iddia edilib.
Türkiyə Silahlı Qüvvələri Suriya və Şimali İraqda hava əməliyyatlarına başlayıb.

İlk məlumata görə, hava əməliyyatında Kobani, Tel Rıfat və Şenqal bölgələrində terrorçuların hədəflərinin vurulduğu bildirilib.

Çox sayda terrorçunun zərərsizləşdirildiyi hərbi əməliyyatın təfərrüatları ortaya çıxmağa başlayıb.

SURİYANIN HAVAYASINDA DA İSTİFADƏ EDİLİR

NTV-nin verdiyi məlumata görə; Əməliyyatda Suriya hava məkanından da istifadə edildiyi bildirilib. Rusiyanın nəzarətində olan Suriya hava məkanı illər sonra ilk dəfə Türkiyə döyüş təyyarələrinin üzünə açılıb.

“Dünyanınsəsi.Az”