Rusiya hökuməti terrorçulara pul tapır, uşaqlara yardıma yox!

DÜNYA Hit
Spread the love

Rusiyanın Uşaq hüquqları üzrə ombudsmeni Anna Kuznetsovanın 16-18 yaşlı uşaqlara 10 min rubl həcmində birdəfəlik maddi yardım göstərilməsi barədəki təklifi Əmək Nazirliyi tərəfindən rədd edilib. Bu barədə ombudsmenın mətbuat xidmətindən xəbər verilib («TASS»).

Kuznetsovanın sözlərinə görə, nazirliyin başlıca arqumenti ondan ibarətdr ki, 16 yaşdan yuxarı uşaqlar guya, işləyə bilərlər.

“Biz, hökumətə müraciət etdik. Müraciətimiz sahəni kurasiya edən idarəyə – Əmək Nazirliyinə ötürüldü. Sonuncu isə təəssüf ki, təklifi dəstəkləmədi. Onların arqumenti 16 yaşdan yuxarı uşaqların iş tapmaq imkanı ilə bağlıdır. Bu arqument əlbəttə, bizi qane edə bilməz…” – deyə, ombudsmen bildirib.

Qeyd edək ki, bu gün “The New York Times” nəşrinin yaydığı xəbərə görə, Rusiyanın “Taliban”döyüşçülərinə ABŞ-dan olan hərbi qulluqçuları öldürmək üçün pul təklif etdiyi məlum olub.

Beləliklə, bu iki xəbər Putin hakimiyyətinin, Mişustin hökumətinin yeritdyi xarici və daxili siyasətin mahiyyətini açıb ortaya qoyur.

Ölkədən uzaqlarda kimlərin isə öldürülməsi üçün pul tapan Putin hakimiyyəti, ölkə daxilində ehtiyac çəkən cavanlara köməklik göstərmək istəmir.

Bu fonda, Rusiya prezidentinin rus xalqının «rifahı» uğrunda çalışdığı barədəki bəyanatları sadəcə, səmimi görsənə bilməz…

Dünyanınsəsi.Az