Röyadan Minaya gözlənilməz sözlər: “Mənim gələcəyim oldun” – Videolar

Manşet ŞOU
Spread the love
Xalq artisti Röya Ayxan gənc ifaçı Minaya dəstək olub.
Musavat.com xəbər verir ki, sənətçi Minanın Əməkdar artist Aygün Bəylərin repertuarından olan “Özün günahkarsan” adlı mahnını ifa etməsini təqdir edib.
Röya “Gözəlim, sən mənim səsim oldun, mənim gələcəyim oldun. Çünki qadın elə qadındır. Biri həmin tonda hayqırar, biri həmin tonda danışar, mənim üçün sənət sənsən! Gələcəyimin tarixi, əsəri yaradanlar canımızdır, amma əsəri yaşadan gələcəkdir. Afərin!” deyə, yazıb.
İfaçı isə ona “Sizdən dəstək almaq məni çox sevindirdi, gözlənilməz oldu. Ağladım. Sizin kimi ulduzun məni paylaşmağı stimul verdi, çox sağ olun, Xalq artistimiz” sözləri ilə cavab verib.
Könül
Musavat.com