Röya: “Mən artıq eyni evdə kişi ilə yaşaya bilmərəm” – VİDEO

Manşet ŞOU
Spread the love
Xalq artisti Röya Ayxan evlilik həyatına birdəfəlik nöqtə qoyub.
BAKU.WS xəbər verir ki, ifaçı ”ATV Maqazin 10lar”la verilişinə açıqlamasında bir daha ailə qurmayacağını bildirib:
”Bundan sonra ərə getmərəm. Mən artıq bir kişi ilə yaşaya bilmərəm. Hüseynin 10 yaşı var, təzədən evdə biri ilə oturum, o desin, mən edim, mən deyim, o etsin. Alınmır. Evə girirəm, görürəm, oğlum yastıqla gözləyir. Daha evdə mayka ilə bir kişi gəzsin… Yox! Mənlik deyil!”
Müğənni evlənmək istəməsə belə hərdən yaşadığını da gizlətməyib:
”Zaman-zaman flört etdiyim olur. Bəlkə də, 20 il əvvəlki Röya başqa cavab verərdi. Lakin indiki kişilər inciməsin, öz-özümə fikirləşirəm ki, mən bunlardan çox bilirəm, bunlardan daha güclüyəm”.