
Ramiz Rzayevin qardaşını bu şəxs əvəzlədi – “GününSəsi”nin daha bir xəbəri təsdiqləndi
Dövlət Gömrük Komitəsinin Şimal Ərazi Baş Gömrük İdarəsinin rəisi Rauf Rzayev təqaüdə göndərilib.
Gununsesi.info-nun xəbərinə görə, komitə sədri Şahin Bağırovun digər əmri ilə gömrük xidməti polkovniki Pərviz Rəhimov həmin posta təyinat alıb.
Pərviz Rəhimov bu təyinata qədər Cənub Ərazi Baş Gömrük İdarəsinin rəisi postunu tutub.
Onu da qeyd edək ki, hələ bir neçə gün əvvəl “GününSəsi” Rauf Rzayevin yola salınacağını yazıb.
Rauf Rzayev Ali Məhkəmənin sabiq sədri Ramiz Rzayevin qardaşıdır.
Elmar
Gununsesi.info