Rəcəb Tayyib Ərdoğan: “Türkiyədə təriqətlər zəminində ayrı-seçkiliyə yol verilməyəcək”

DÜNYA Əsas Manşet
Spread the love
Türkiyə Dini İşlər Vəqfində keçirilən VI Din Xadimləri Şurasında çıxış edən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, onun ölkəsində təriqətlər zəminində ayrı-seçkiliyə yol verilməyəcək.
Türkiyənin dövlət başçısı müsəlmanları dini, irqi və təriqət zəminində ixtilafların qarşısını almağa çağırıb. Şiəlik və sünniliyin ayrı-ayrı dinlər olduğunu iddia edənlərin yanlış yolda olduqlarını qeyd edən Prezident bildirib ki, bu yaxınlarda İzmir vilayətində şiə ələvilərin evlərinin qapısına “X” işarəsi yazılması ilə bağlı insident ölkənin xüsusi xidmət orqanları tərəfindən araşdırılır. O əlavə edib ki, bu cür təxribatları törədənlər Türkiyə cəmiyyətini parçalamaq istəyirlər. “Bizim təhlükəsizlik agentlikləri qapılara işarə çəkənləri tapacaq və onlar ədalət məhkəməsinə çıxarılacaq”, -deyə Ərdoğan qeyd edib.
Türkiyə Prezidenti təəssüflə bildirib ki, islam ümməti həmrəylik hissini itirib, öz problemlərini birgə səylərlə həll etmək qabiliyyətinə malik deyil. O, bütün müsəlman ölkələrini islamofobiya, terrorizmə qarşı, insan hüquqlarının qorunması naminə əməkdaşlığa çağırıb.