“QULDURBAŞININ BÖYÜYÜ ÖZÜDÜR!” – Heydər Əliyev Köçəryanı nədə ittiham edib?

Manşet QARABAĞ
Spread the love

Azərbaycanın sabiq Xarici İşlər naziri, ölkəmizin Macarıstandakı səfiri Vilayət Quliyev özünün “Feysbuk” səhifəsində 2001-ci ildə Prezident Heydər Əliyevlə Ermənistanın o vaxtkı başçısı Robert Köçəryan arasındakı bir dialoqa aid xatirəsini paylaşıb.

“Dünyanınsəsi.Az” xəbər verir ki, sabiq nazir həmin dialoqda Heydər Əliyevin şair Molla Pənah Vaqifin Şuşadakı məqbərəsi ilə maraqlandığını bildirib.

Quldurbaşı Köçəryansa cavabında məqbərənin dağıdıldığını söyləyib.

V.Quliyev Heydər Əliyevin Köçəryanı şəxsən bu cinayətin törədilməsində ittiham etdiyini də qeyd edib.

 

Sabiq nazirin həmin paylaşımını diqqətinizə çatdırırıq: “Erməni işğalına qədərki Şuşanın simvollarından biri də ana dilimizin böyük ustadı, məhəbbət və gözəllik şairi Vaqifin əzəmətli məqbərəsi idi. Məqbərənin tikintisi 1982-ci ildə başa çatmışdı. 1983-cü ilin yanvarında respublika rəhbəri H.Ə.Əliyevin iştirakı ilə təntənəli açılışı olmuşdu. Hər il burada ənənəvi Vaqif poeziya günləri keçirilirdi.

 

2001-ci ildə Strasburqda Prezident Heydər Əliyevin Köçəryanla görüşünün rəsmi hissəsindən sonra aralarında belə bir söhbət oldu:

“-По моей инициативе в Шуше над могилой Вагифа был построен мавзолей. Вагиф наш великий поэт. Был визиром, т.е. министром Карабахского ханства. Что с этим мавзолеем? Тоже разрушили?

-Пока мы опомнились, растащили алюминовые конструкции, мраморные блоки, а остов сохраняется.

-Надеюсь, вы руку не приложили?

-Что вы, Гейдар Алиевич…»

(«Mənim təşəbbüsümlə Şuşada Vaqifin məzarı üzərində məqbərə tikilmişdi. Vaqif bizim böyük şairimizdir, Qarabağ xanlığının vəziri olub. Məqbərə nə vəziyyətdədir? Onu da dağıtmısınız?

-Başımız açılana qədər bütün alüminium hissələrini, mərmər üzlükləri söküb aparmışdılar. Karkası isə durur.

-Ümidvaram ki, bu işdə sənin əlin olmayıb…

-Nə danışırsınız, Heydər Əliyeviç…”)

 

 

Prezidentin sifətindəki ifadədən qarşısında dayanan bu məxluqdan iyrəndiyi açıq-aşkar oxunurdu.

Erməni heyəti aralanandan sonra mərhum Prezident heç kəsə müraciət etmədən sanki öz-özü ilə danışırmış kimi “Gözünün içinə qədər yalan deyir. Quldurbaşının böyüyü özüdür” – dedi.

Ümidvaram ki, Vaqifin məqbərəsi yenidən əvvəlki gözəlliyinə qayıdacaq…”

Dünyanınsəsi.Az