“Qazaxıstan torpağı bütün türklərin qədim vətənidir” – Bağdad Amreyev

Əsas Manşet MÜSAHİBƏ
Spread the love

Türk Dövlətləri Təşkilatının Baş katibi Bağdad Amreyev TDT xarici işlər nazirlərinin növbədənkənar iclasında çıxış edib.

Bu barədə yanvarın 11-də «Anadolu» agentliyi xəbər verib.

Öz çıxışının gedişində Bağdad Amreyev bəyan edib: «Qazaxıstan torpağı – bütün türklərin qədim vətənidir. Qazaxıstanda sabitlik və rifah bütün Türk dünyasının ayrılmaz hissəsidir… Bütün Qazaxıstan nişangah altındadır. Ölkənin suverenliyinə və müstəqilliyinə hücum olub. Prezident Qasım-Comərd Tokayev dağıdıcı fəaliyyətin qarşısının alınmasına və qırmızı xətti keçmiş şəxslərin saxlanmasına yönəlmiş məntiqi qərar qəbul edib».

O, həm də Türk Dövlətləri Təşkilatının bütün üzvlərini Qazaxıstan hakimiyyətini dəstəkləməyə çağırıb.

Dünyanınsəsi.Az