Qaradağın DYP postunda özbaşınalıq – ŞİKAYƏT / VİDEO+FOTO

Əsas Manşet ÖLKƏ
Spread the love

Qaradağ rayon DYP postunda sərnişindaşıma fəaliyyətilə məşğul olan MERSEDES-Sprinter markalı, “AZ 20-CV-649” dövlət nömrə nişanlı avtomaşın saxlanılaraq cərimələnib. Cəriməyə səbəb avtomaşının salonunda quraşdırılmış əlavə avadanlığın (divan) müəyyənləşdirilməsi olub. Lakin, postun əməkdaşları qanunvericiliyin digər tələblərini pozaraq maşının nöqsanını aradan qaldırmadan sərbəst buraxıb.
Bu barədə Dünyanınsəsi.Az- a danışan sürücü Anar Abbasov hüququnun pozulduğunu, postda ayrıseçkiliyin olduğunu deyib.
Doğrudan da müəmmalıdır ki,
Əgər 160 manat nəzərdə tutulan cərimə düzgün tərtib edilmişdirsə, maşında quraşdırılan divan oturacağı niyə sökülmədən yoluna sərbəst davam edib?
İnanırıq ki, hadisənin araşdırılması və postun özbaşınalığı DİN- in diqqətini çəkəcək.

Qaradağın DYP postunda srücünün cəkdiyi videokadrları təqdim edirik: