“QARABAĞA MÜDAXİLƏ OLARSA, TÜRKİYƏ QOŞUN GÖNDƏRƏCƏK!” – Ankaradan mühüm açıqlama

Əsas Manşet QARABAĞ
Spread the love

Türkiyə Böyük Millət Məclisi Qarabağ konflikti fonunda Azərbaycana Türkiyə hərbçilərinin göndərilməsi məsələsinə baxa bilər, amma buna hələlik ehtiyac yoxdur.“AzPolitika.info” Türkiyə mediasına istinadən xəbər verir ki, bunu Türkiyə parlamentinin spikeri Mustafa Şəntop deyib.

“Türk hərbçilərinin cəlbi təklifi üçüncü tərəflər BMT qətnamələrinə əməl etməyərək, bu konfliktə cəlb edilməyənə qədər önəmli olmayacaq. Münaqişəyə digər dövlətlər müdaxilə etsə, Türkiyə Dağlıq Qarabağa qoşun göndərəcək,” – deyə o bildirib.

 

 

M.Şentop hələ belə bir ehtiyac olmadığını vurğulayıb: “Son bir neçə gündə Azərbaycan Silahlı Qüvvələri qələbəni təkbaşına əldə etməyə qadir olduqlarını bütün dünyaya göstərdi”.